Karusel (16-12-2025, 15:40)
Mərdan Camalov Zərdabda yolları təmir etdirir – Bir ailə şirkətinə
Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhəri, Zərdabi küçəsində (Xətai küçəsi ilə kəsişməsindən D.Qorqud meydanına qədər) yolun əsaslı təmir işlərinin satın alınması üzrə 30.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZYOLİNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 240.933,93 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 15.12.2025-ci ildə dərc edilib.Zərdab rayon İcra Hakimiyyətinin tenderin qalibi seçdiyi şirkət ətrafında araşdırma apardıq.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZYOLİNŞAAT” (VÖEN: 5300027211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 saylı Ərazi Vergilər İdarəsində 29.10.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı ZƏRDAB RAYONU, ZƏRDAB ŞƏHƏRİ, ZƏRDAB-UCAR MAGİSTRALI, qanuni təmsilçisinin isə Soltanov Yaqub Usub oğlu olduğu qeyd edilib.
Açıq mənbələrdə isə “AZYOLİNŞAAT” MMC-nin qanuni təmsilçisi Yaqub Soltanov haqqında daha geniş məlumatlar var. Məsələn Zərdab Rayon Dəliquşçu kənd Sakini İmaməliyev Natiq Yaqub oğlu sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev ünvanladığı müraciətdə yazır ki, sizlərə məlum edirəm ki, Zərdab rayon 39 saylı Yol İstismar İdarəsinin sabiq müdürü Guloğlan müəllimin dövlət idarəsinə gəldiyi gündən geniş korrrupsiya yaradaraq dövlətimizin büdcəsinə külli miqdarda zərbə vuraraq işindən yayınmışdır.Belə ki, Yol İdarəsinin müdirü Guloğlan məllim və onun buxaltrı İlham, Asfalt Zavodun müdirü Soltanov Rauf hər üçü birləşərək dövlətimizin büccəsini talamaqla məşğuldurlar.
























