Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:33)
Naxçıvan Stomatoloji Mərkəzinin baş həkimi həmkarlarına qan uddurur - VİDEO

 “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən səhiyyə islahatları çərçivəsində əhalinin stomatoloji xidmətlərə daha əlçatan və keyfiyyətli şəkildə çıxışını təmin etmək məqsədilə yeni “Ağız və Diş Sağlamlığı Mərkəzi” yaradılır. Layihə, həm infrastruktur baxımından, həm də tibbi avadanlıq təminatı baxımından regionun səhiyyə sistemində mühüm yenilik olacaqdır.

Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun şəkildə təşkili və əlçatanlığını təmin etməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamına əsasən yaradılan Ağız Diş Sağlamlıq Mərkəzində hazırda yenidənqurma işləri aparılır. Ümumilikdə 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək. Bildirilir ki, təmir tikinti işləri davam edən mərkəzin bu ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulub.

Fars demişkən, xob! Amma nəyi yeni yaradırlar-yaratsınlar, hansı yenidənqurma işini aparırlar-aparsınlar, müəssisənin təşkilati hüquqi formasını necə dəyişdirurlər-dəyiuşdirsənlər, əhaliyə stomatoloji xidmətin keyfiyyyətinin yaxşılaşması yönündə ən böyük əngəl korrupsiyadır. Naxçıvanlı stomatoloqların çoxu bu fikirdədir. “Nyus.az” saytı redaksiyasına müraciət edən stomatoloqların sözlərinə görə, Stomatoloji Mərkəzinin baş həkimi Azər Həsənov qeyri-konstruktiv idarəetmə siyasəti yürüdür. Bildirirlər ki, Naxçıvan Muxtar Respublikasının Stomatoloji Mərkəzi muxtar respublikanın Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir: “Baş həkim Mərkəzin kabinetlərini stomatoloqlara icarəyə verib və hər kabinetə görə aylıq 850-1000 manat civarında icarə haqqı alır: “Hərçənd, kabinetləri işlədən stomatoloqlarla rəsmi icarə müqaviləsi bağlanmayıb. Biz baş həkimdən icarə haqqını köçürməyimiz üçün bank hesabı soruşanda, deyir ki, siz nağd şəkildə ödəyin, biz özümüz hesaba köçürərik. Bu isə icarə haqqının gerçək məbləği ilə bağlı şəffaflığın təmin olunmadığından xəbər verir. Bundan başqa, Azər Həsənov baş mühasiblə əlbir surətdə həyata keçirdiyi maliyyə pozuntularına görə vergi xidmətindən aldığı çoxsaylı xəbərdarlıqlardan nəticəı çıxarmadığı üçün müəssisə hüquqi şəxs kimi və o özü isə vəzifəli şəxs kimi cərimələnib. İndi isə vergi orqanına ödədiyi cəriməni stomatoloqlardan tələb edir”.

Şikayətçilər Azər Həsənovun qol qoyduğu digər qanunsuzluqlardan da söz açıblar: “Öz qohumlarını, diplomu olmayan şəxsləri texniki şöbədə işə cəlb edib, adı gedən bəzi işçilərin maaş kartını özündə saxlayıb faydalanır. Hal-hazırda məzuniyyətdədir, istirahət etdiyi Türkiyədən hamımıza ultimatum göndərib: “Həci Anar müəllim mənə zəng vurur, noyabr ayının gecikdirilən icarə haqlarını dekabrın 10-na, dekabr ayının icarə haqlarını isə ən geci dekabrın 27-də ödəyin. Ödəməyənləri Səhiyyə Nazirliyi ilə danışıb işdən qovduracağam. Pasientin azlığını, özünüzün şəxsi problemlərinizi bəhanə etməyin!”

Stomatoloqların sözlərinə görə, Azər Həsənov hətta məzuniyyətə çıxanlardan da məzuniyyətdə olduqları ay üçün icarə haqqı tələb edir: “Məzuniyyətə gedənlərə gülünc məbləğdə, cəmi 32 (otuz iki) manat məzuniyyət pulu verilir, o şəxs məzuniyyətdən qayıdandan sonra həmin pul ondan geri alınır. Təsəvvür edin ki, özü məzuniyyətə çıxanda yerinə baş həkim vəzifəsini müvəqqəti icra etmək üçün təyin etdiyi stomatoloq-həkimdən 100 (bir yüz) manat artıq icarə haqqı tələb edir. Bu tələb baş həkim əvəzini çox təəccübləndirib – axı, o, baş həkimin ştat maaşını almır. Baş həkim onun etirazına qəribə cavab verib: “O vaxt ayrı, indi ayrı!””

Bildirilir ki, baş həkim əsassız tələblərini vaxtlı-vaxtında yerinə yetirməyənlərə təzyiq vasitəsi kimi ən idbar üsullara əl atır: “Kabinetlərin yalnız quru divarları bizə icarəyə verilib. Bütün texniki təchizat özümüzdəndir, avadanlıqları özümüz təşkil etmişik. İcarə haqqından əlavə, kommunal xidmətlərin də pulunu özümüz ödədiyimiz halda, təzyiq vasitəsi kimi, qəfil su təminatını kəsdirir. Dəhlizdə səsini başına atır, kobud danışır. İş o yerə çatır ki, onun naqolay ifadələrini eşidən pasientlər müalicəni yarımçıq qoyub qaçırlar”.

Məlumatda xüsusi qeyd olunur ki, Azər Həsənov iclaslarda həmkarlarını hədələyəndə baş nazirlə münasibətinin yaxşı olduğunu, özünün Prezidentin muxtar respublika üzrə yeni səlahiyyətli nümayəndəsinə tapşırıldığını vurğulayaraq, yüksək vəzifəli şəxslərin adından istifadə edir, heç kəsin ona heç nə edə bilməyəcəyini şəstlə bildirir. Şikayətçilər bu qənaətdədirlər ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirlikləri Azər Həsənovun çevirdiyi işdəycələri obyektiv yoxlamalıdırlar. Elə olan halda onun Bakıda özünə 280 minlik ev və obyektləri hansı gəlir hesabına əldə etdiyi də aydınlaşar.

Nyus.Az
шаблоны для dle 11.2

Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025