Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 09:21)
Kamal Əhmədovun Mingəçevir Turizm Kollecində “işğal siyasəti” – ŞOK FAKTLAR

 
“Pis gəlməsə, yaxşısının qədrini bilmək olmaz” deyimi bəzən məcazi səslənsə də, Mingəçevir Turizm Kollecində acı reallığa çevrilib. Adında “turizm” olsa da, bu dövlət təhsil müəssisəsi idarəçilikdə xaos, etikada boşluqlar və tərbiyədə ciddi problemlərlə yadda qalır. “Təhsil Məşəli”nin dəfələrlə işıqlandırdığı kimi, burada artıq söhbət təhsildən yox, şəxsi ambisiyalar, təkəbbür və basqı mexanizmlərindən gedir.Mediatv.az xəbər verir ki, bu barədə özünün FB səhifəsində jurnalist Nazı Əlizadə patlaşım edib.Nazı Əlizadə daha sonra yazır:  
Kamal Əhmədov fəaliyyətə başladığı gündən bəri sistemli müsbət dəyişikliklərlə yox, ardıcıl səhv qərarlarla yadda qalıb. Dövlət müəssisəsini şəxsi təsərrüfat kimi idarə edən rəhbər, məsuliyyəti ailə üzvlərinə ötürüb. Nəticədə, 30 illik pedaqoji təcrübəsi olan müəllimlər belə “mənim …-im ona dərs verməyəcək” kimi ifadələrlə təhqir olunur — bu, yalnız hörmətsizlik deyil, təhsil adına açıq təhqirdir.
Kollektivdə tətbiq olunan “idarəçilik modeli” inkişaf yox, qorxu və nəzarət üzərində qurulub. Müəllimlər elmi-pedaqoji fəaliyyətlə deyil, kimdən nə eşidib hara ötürmək yarışında iştirak etməyə məcburdurlar. Mingəçevir Turizm Kolleci indi pedaqoji müəssisədən çox donos və nəzarət mexanizmi kimi işləyir. Bu vəziyyət təkcə ikrah doğurmur, təhsilin nüfuzunu yerlə-yeksan edir.
Əgər Kamal Əhmədov enerjisini sağlam işgüzar mühit qurmağa sərf etsəydi, bəlkə də bugün kollecdə inkişafdan danışmaq olardı. Amma qorxu ilə idarə etmək onun üçün daha rahatdır; çünki əlindəki səlahiyyətin məsuliyyətini dərk etmək bacarığı yoxdur.
Jurnalistləri “demoq, səviyyəsiz” adlandıran rəhbərlik özü ən səviyyəsiz idarəçilik nümunəsini nümayiş etdirir. Təhsilin mahiyyəti yox, reklam vitrini əsas meyara çevrilib. Mingəçevir Turizm Kolleci bilik və tərbiyə ilə deyil, saxta imic və şişirdilmiş görüntü ilə tanınır.
Müəllimlər arasında açıq ayrı-seçkilik hökm sürür: yaxın çevrəyə yüksək dərs saatları verilir, prinsipial müəllimlər isə illərlə minimal maaşla işləməyə məcburdur. Etiraz edənlər dialoqla deyil, böhtan və töhmətlə susdurulur. Bu artıq idarəçilik deyil, təzyiq və qorxutma siyasətidir.
İmtahan sessiyaları tədris yox, gəlir mənbəyinə çevrilib. Direktor ətrafındakı qrup tələbələri məqsədli şəkildə imtahandan kəsir, yığılan pulları “mükafat” adı ilə paylayır. Bu, təhsilin açıq alver predmetinə çevrilməsidir.
Kollec faktiki olaraq ali və orta ixtisas müəssisəsi yox, mühasibatlıq kursu və avtoşkol funksiyasını yerinə yetirir. Psixologiya, əxlaq və etika fənlərinin sıradan çıxarılması tələbələr arasında intizamsızlığı dərinləşdirib, rəhbərlik isə laqeyd qalır.
Direktor Kamal Əhmədov və müavinləri Aynurə və Samirə Abbasovalar rayon və kəndləri gəzərək tələbə “yığmaqla” onları şəxsi maraqlarına alətə çevirir. Bu, təhsilin ruhuna zidd olan utancverici bir praktikadır.
Kollecdə tərbiyəsizlik halları o həddə çatıb ki, dəfələrlə polis müdaxiləsi qaçılmaz olub. Tələbələr arasında içki və siqaret istifadəsi geniş yayılıb, rəhbərlik isə bunu bilərəkdən görməzlikdən gəlir — əsas meyar tərbiyə deyil, ödənişdir.
Əvvəllər yalnız müəllimlər arasında müşahidə olunan etikadan kənar davranışlar indi tələbələr üçün norma halını alıb. Biabırçı ifadələr, hörmətsizlik və laqeydlik Kamal Əhmədovun yaratdığı mühitin məntiqi nəticəsidir.
Nəticə açıqdır: Kamal Əhmədovun təkəbbürlü və məsuliyyətsiz idarəçilik üslubu Mingəçevir Turizm Kollecində təhsili deyil, qorxu, xaos və mənəvi tənəzzülü hakim edib. Təhsil Məşəli tərəfindən bu problemlər Təhsil Naziri Emin Əmrullayev və Azərbaycan Turizm Agentliyinin direktoru Fuad Nağıyevə çatdırılsa da, onlar bu özbaşınalığa göz yumurlar və heç bir tədbir görmürlər
Mediatv.az
шаблоны для dle 11.2

Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025