Təhsil (Bu gün, 09:25)
Qazax Dövlət Sosial-İqtisadi Kollecində yarım milyonluq yeyinti iddiası - FOTO
Qazax Dövlət Sosial-İqtisadi Kollecdə böyük məbləğdə yeyinti iddiaları bölgədə ciddi rezonans yaradıb. Son günlər aparılan yoxlamalar zamanı yarım milyon manatlıq çatışmazlığın aşkarlandığı bildirilir. Xəbərin paylaşılmasından sonra sosial şəbəkələrdə kollecdəki vəziyyətlə bağlı çoxsaylı narazılıq mesajları ortaya çıxıb.Paylaşımın altında yazılan bəzi şərhlər belədir:
TehRam Esedova: “Ayyy günaydın, təzə ayılıblar e. Dövlət imtahanından keçə-keçə diplomu 300 manat verən tələbəyəm.”
Qara qız: “2012–2015 tələbə olmuşam. Hamısının da iç üzü bəlli idi. İmtahana pul vermirdim deyə məni kəsirdilər. Bəzi müəllimlərlə birlikdə yeyirdilər.”
Sema Abbasova: “Kotirovka – direktor və mühasibin işidir. Çox ‘təmiz’ adamdı, ona görə çoxlu mülkləri var.” (İronik qeyd)
Luna44: “Bağlansın bu kollec. Düzdür, müəllimlər rüşvət alır, dərs keçilmir. Bağlansın.”
Digər istifadəçilər də müəllimlərin pul aldığı, lakin dərs keçmədiyi barədə iddialarını davam etdirirlər. Sosial şəbəkələrdəki bu müzakirələr kollecdə şəffaf araşdırmanın aparılması tələblərini gücləndirib.
Xatırladaq ki, ötən aylarda KİV-də yayılan məlumatlara görə, Qazax Dövlət Sosial-İqtisadi Kollecdə direktor Elşad Quliyevin rəhbərliyi dövründə ev və avtomobil məsələləri ilə bağlı müxtəlif iddialar gündəmə gəlmişdi. Belə ki, onun Çinar dibi adlanan ərazidə həyat yoldaşının adına sənədləşdirilmiş obyektlər inşa edilmiş, Azpetrolun yanında dəbdəbəli villa, bahalı maşınlar və Bakıda bir neçə evi olduğu bildirilir.
Xatırladaq ki, mətbuatda, eləcə də Sosial şəbəkələrdə rayona məxsus qrup və səhifələrdə yayılanlara görə Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb.
xalq.online
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025



























