Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 23:10)
Bakıdakı şadlıq sarayı istehlakçıları aldadırmış - Nöqsanlar aşkarlandı+Fotolar


 Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən şadlıq sarayında istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu və sanitariya normalarına əməl edilmədiyini aşkar edib.
Mediatv.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, agentlik əməkdaşları Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevə məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçiriblər.
Məlumata görə, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi aşkarlanıb. Həmin camış ətləri müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Qeyd olunan hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib

     шаблоны для dle 11.2

Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025