Sosial (Bu gün, 11:24)
Məhkəmə “KAT Holdinq”in rəhbərlikləri ilə bağlı qərar çıxardı
Ali Məhkəmədə dələduzluq ittihamı ilə həbs edilən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərov və holdinqin direktoru Mail İbadovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa “KAT Holdinq”lə müqavilə imzalayaraq 3,5 milyon manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahib olub. “KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin şirkətin balansında olan zavod da girov qoyulub. Binaların tikintisinin yekunlaşmasına az qalmış Povilas Pociusa pulunu geri istəyib və prokurorluğa şikayət edib. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Elçin Ələkbərova qarşı ittiham irəli sürülüb və o, həbs edilib. Dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Daha sonra holdinqin direktoru Mail İbadov da cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Ələkbərov 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Mail İbadova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 11 ilə endirilib. Onun bir çox əmlakının üzərindən həbs götürülüb. Mail İbadov isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsi qeyd edilən maddə ilə onun barəsində cəza təyin etməmişdi. İbadov Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qandallanıb.
Qeyd: “Kat Holdinq” Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) binalarını inşa edirdi. Bir müddət əvvəl layihənin Yasamal Yaşayış Kompleksində satılan mənzillərində problem olması, tikintinin tam yekunlaşmaması barədə iddialar yayılmışdı. MİDA isə narazılıq olan binaların onlara aid olmadığını bildirmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025



























