Sosial (Bu gün, 11:50)
“The Place Baku” olduğu kimi...:Qanundan kənar gecə həyatı və cəmiyyət üçün təhlükəli qapalı sistem

Son illər Bakının gecə həyatında tez-tez adı çəkilən “The Place Baku” ətrafında ciddi narahatlıqlar yaranıb. Məkan adi əyləncə ünvanı olmaqdan çıxaraq, qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən, ictimai asayişə və milli-mənəvi dəyərlərə təhlükə yaradan qapalı sistem kimi təqdim olunur.
İddialara görə, məkanda maliyyə dövriyyəsi rəsmi uçotdan kənar aparılır, ödənişlər kassaya vurulmur, kartdan-karta köçürmələrlə gizlədilir. Bu, təkcə vergi pozuntusu deyil, həm də hüquqi dövlət prinsipinə açıq meydan oxumaqdır. Uzun müddətdir davam edən bu mexanizmin hansı himayə ilə işlədiyi isə cavabsız qalır.
Pandemiya dövründə ölkə üzrə sərt məhdudiyyətlər tətbiq olunduğu halda, “The Place Baku”nun gecəyarısından sonra fəaliyyətini davam etdirməsi cəmiyyətə və qanuna açıq hörmətsizlik kimi qiymətləndirilir.
Məkanın qapalı fəaliyyət modeli — yalnız “tanışlar” və “köhnə müştərilərin” buraxılması - mümkün qanunsuzluqların gizlədilməsi ehtimalını artırır. Burada gənclər üçün zərərli vərdişlərin təşviqi, nəzarətsiz xidmətlər və “hər cür xidmətin” mövcudluğu ilə bağlı iddialar artıq ciddi hüquqi araşdırma tələb edən təhlükəli siqnallardır.
Ən narahatedici məqamlardan biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında təqdim edilməsi, sanitar normalara əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur və istehlakçıların sağlamlığını risk altına qoyur.
Məsələyə Bakı Şəhər Polisi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumların kompleks və prinsipial yanaşması zəruridir. Çünki söhbət təkcə bir məkandan deyil, yüzlərlə gəncin gələcəyinə təsir edən sistemli təhlükədən gedir.
Cəmiyyət susduqca bu cür mühitlər daha da cəsarətlənir. “The Place Baku” ətrafında səslənən iddiaların obyektiv araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalət, həm də ictimai vicdan baxımından mühüm əhəmiyyət daşıyır.(Azerbaycanreallığı)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025



























