Sosial (Bu gün, 08:27)
Rövşən Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Ağsu şəhərində yolların təmiri: “Tender kralı” ATF MMC qalib gəldi, korrupsiya iddiaları səslənir
Ağsu Rayon İcra Hakimiyyəti 2025-ci ildə Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərini ATF Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib.
32gun.az xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin ayihənin 582.187,99 AZN təşkil edir.
Qeyd edək ki, ATF MMC uzun illər “tender kralı” kimi tanınır və xüsusilə Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “sevimli” şirkəti kimi mediada təqdim olunub.
Son məlumatlara görə, şirkətdə rəhbərlik dəyişib: Təbriz Muradov qanuni təmsilçilikdən çıxarılıb, yerinə qardaşı Azad Muradov təyin edilib. Həmçinin, təsisçilərdən Fəxrəddin Muradov 2021-ci ildə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunub.
Buna baxmayaraq, AAYDA şirkətlə əməkdaşlığı davam etdirir. Eyni zamanda, Göyçayda 17 saylı Yol İstismar İdarəsinin rəisi dəyişdirilərək, ATF MMC təsisçisinin oğlu Tehran Muradlı Təbriz oğlu bu vəzifəyə gətirilib.
Xatırladaq ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025


























