Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-12-2014, 20:34)
Təbəssümlü insanlar çox yaşayırlar

 

Amerika alimləri belə qənaətə gəliblər ki, səmimi gülümsəməyi bacaranların ömrü 80 il və yaxud da daha çox olur. ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçiblər.

Sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzməyi xahiş ediblər. Fotoşəkillər üç qrupa bölünüb: ürəkdən gülənlər, süni gülümsəyənlər və gülümsəməyənlər.

Məlum olub ki, gülümsəməyən insanlar orta hesabla 73 il yaşayıb, saxta təbəssüm sahiblərinin orta ömrü 75 yaşdan az olub, səmimi, açıq gülümsəməyi bacaranlar isə 80 il və daha çox yaşayırlar. Bu cür təbəssümdə insanın üzünün bütün əzələləri iştirak edir.

Nikbinliyə, həyatsevərliyə dəlalət edən geniş təbəssüm insanın immun sisteminin, ürəyin, damarların işini yaxşılaşdıran hormonların yaranmasına müsbət təsir göstərərək sağlam qalmağa kömək edir. Həyata bədbin baxışlı insanlar isə çox vaxt müxtəlif virus, mədə-bağırsaq və əsəb xəstəliklərindən əziyyət çəkirlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024