Sağlamlıq (8-07-2015, 15:28)
Azərbaycanda ilk dəfə - "Kök hüceyrə transplantasiyası" keçirildi
ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq
qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata
keçirildi.
Mediatv.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir
ekiblə ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə
transplantasiyası" əməliyyatı həyata keçirildi. Xəstənin sümük iliyindən
əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə
trans etdilər.
Ekibdə Transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov,
Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv
kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr.Qalib İmanov, Hematoloq Dr.
Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı,
Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova
iştirak edirdi.
Başda Prof. Nuru Bayramov olmaqla bütün ekibə dərin təşəkkürümüzü
bildirir, işlərində davamlı uğurlar və Azərbaycan səhiyyəsində ilklərə
imza atmanın davamını diləyirik.