Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (17-06-2015, 12:42)
ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

Mediatv.az xəbər verir ki, əməliyyatda Azərbaycanla yanaşı Sudan, Almaniya və Türkiyədən 
mütəxəssislər iştirak ediblər.
Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə klinikasında laporoskopik radikal 
prostatektomiya əməliyyatı icra edilib. Əməliyyatda iştirak edən 
həkimlərdən biri, ATU-nun onkologiya kafedrasının assistenti, 
uzman-onkouroloq Vasif İsmayıl bildirib ki, iki saat yarım davam edən 
əməliyyatın nəticəsi uğurlu olub: “Bizə 70 yaşlı xəstə müraciət etmişdi. 
Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, 
doğrudan da dəhşətli xəstəlikdir, dünyada kişilərin ölümünə səbəb olan 
əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında 
aşkarlanaraq düzgün müalicə olunarsa xəstəni tamamilə sağaltmaq 
mümkündür”.
Uroloq Vasif İsmayıl qeyd edir ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına 
müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - 
radikal prostatektomiya əməliyyatı aparılamalı idi: “Radikal 
prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla 
aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. 
Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu 
əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi 
sayılır”.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu 
əməliyyatda Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar 
Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin 
şef yardımçısı Əli Sərdar Gözen də iştirak etmişdir.
Vasif İsmayıl qeyd edir ki, “bu əməliyyatın icrası təkcə ATU üçün deyil, 
ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. 
Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə 
icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir 
ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat 
etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı 
hiss edir”.
Qeyd edək ki, 8-9 iyun tarixlərində ATU-nun Tədris Cərrahiyyə 
Klinikasında Türk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi 
laparoskopik urologiya kursu təşkil olunmuşdur. Yuxarıda söz açdığımız 
əməliyyatda iştirak edən həkimlər həm də bu tədbirə qatılıblar.

ATU-da ilk dəfə prostat vəz laporoskopik yolla çıxarıldı

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024