Sağlamlıq (30-04-2015, 13:13)
Sabirabadda sakinlər tibbi müayinədən keçirildi
Milli Məclisin 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən
seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabad rayonunda tibbi müayinə
aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin
sakinləri Sabirabada ezam olunmuş həkim briqadası tərəfindən tibbi
müayinədən keçiriliblər. Qeyd edək ki, belə bir aksiya ötən həftə də
Saatlı rayonunda həyata keçirilmışdi.
Həkim briqadası yola düşməzdən əvvəl rektor Əhliman Əmiraslanov onlarla
görüşüb, bu cür aksiyada könüllü iştirak etdiklərinə görə təşəkkürünü
bildirib.
Sabirabad rayonunda tibbi müayinəyə gələn vətəndaşlar belə aksiyaların
mütəmadi olaraq, hər il təşkil olunmasına görə deputat Əhliman
Əmiraslanova və ezam olunmuş həkim briqadasına minnətdar olduqlarını
bildirdilər. Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar
olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və
məsləhətlər verdilər.
Bu təşəbbüs üçün ATU-nun bir çox mütəxəssisləri – tibb elmləri doktoru
Musayev Xaləddin (cərrah), tibb üzrə fəlsəfə doktoru Hüseynova Venera
(ginekoloq), tibb üzrə fəlsəfə doktoru Zülfiyev Qabil (oftolmoloq), tibb
üzrə fəlsəfə doktoru Cəfərova İnarə (onkoloq), tibb üzrə fəlsəfə doktoru
Şərifov Tahir (endokrinoloq), tibb üzrə fəlsəfə doktoru Əhmədov Gündüz
(pediatr), Məmmədov Yaqub (USM), tibb üzrə fəlsəfə doktoru Qasımov Rauf
(cərrah) və tibb üzrə fəlsəfə doktoru Cavadzadə Vüqar (infeksionist)
iştirak etdilər.