Sağlamlıq (Dünən, 09:12)
Dadı acı olsa da, faydaları çoxdur
“Qafqazinfo” xəbər verir ki, bu ədviyyatın sağlamlığa bir çox faydaları var.
Pul bibər güclü A vitamininin mənbəyidir və göz sağlamlığı üçün çox faydalıdır. Hüceyrə zədələnməsinin qarşısını alır.
Pul bibər antioksidantlar, karotenoidlər və flavonoidlərlə zəngindir. Bütün bunlar yaşlanmaya qarşı qoruyucudur, eləcə də hüceyrələrin gənc qalmasına kömək olur.
Tibbi araşdırmalara görə, pul bibərinin aktiv maddələrindən biri olan kapsaisin prostat xərçəngi riskini azaltmağa kömək edir.
Maddələr mübadiləsini sürətləndirir və daha çox kalori yandırmağa kömək edir.
Pul bibər pəhriz saxlayanlar üçün də faydalıdır. İştahakəsici təsirə malik olan bu ədviyyat bədəndəki piy toxumalarının parçalanma prosesini və metobolizmi sürətləndirir.
Eyni zamanda, qanda şəkərin miqdarını tarazlayır və damarlara genişləndirici təsir edərək arterial təzyiqi azaldır.
Bağırsaqlarda ağrı və iltihabı aradan qaldırmağa kömək edir və həzm sisteminin sağlamlığını qoruyur.
Boğaz ağrısı, öskürək və soyuqdəymənin digər əlamətlərinə qarşı təsirlidir. Antibakterial xüsusiyyətləri sayəsində boğaz infeksiyalarının sağalmasını asanlaşdırır.
Müxtəlif xəstəliklərə səbəb olan oksidləşdirici stressdən qoruyur. Sərbəst radikalları zərərsizləşdirən və ümumi sağlamlıq üçün faydalı olan antioksidantlarla zəngindir.
Bu ədviyyat tərləməyə səbəb olaraq toksinləri təmizləyir, həmçinin böyrək sağlamlığı üçün də faydalıdır.