Region (16-02-2016, 12:15)
“Guya, maşınla inək vurmuşam...” - Nazir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adı son iki gündə mətbuatda hallandırılır.
Mediatv.az xəbər verir ki, yayılan xəbərlərə görə, “Şahdağ” Turizm Kompleksinə ailəvi istirahətə gedən nazir oradakı restoranlardan birini bağlatdırmaqla yüzlərlə turistin ora girişinə mane olub.
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən nazir Ə. Qarayev deyib ki, haqqında çoxlu belə şayiələrin mövcud olması artıq onu təəccübləndirmir: “Bir dəfə maşınla Qubaya getmişdim. Xəbər çıxdı ki, guya maşınla inək vurmuşam. Bu da təxminən həmin inək vurma məsələsinə bənzəyir. Çünki bu, yanlış bir məsələdir. Birincisi odur ki, "Şahdağ"da bir neçə restoran var. Onların birində onlarla, yüzlərlə insanı gözlətdirmək olmaz. Ümumiyyətlə, bu sistem mümkün deyil. İkincisi, mən Şahdağa ayda iki-üç dəfə, özü də həftəsonları gedirəm. Nəzarət edirəm, vəziyyətə baxıram. Mən oranın tikintisində yaxından iştirak etmişəm. Cənab prezidentin tapşırığı ilə oranı ərsəyə gətirmişik. “Şahdağ”a indən sonra da getməyə davam edəcəm, bu, mənim vəzifə borcumdur.
Üçüncüsü, mən o restoranda yemək də yeməmişəm. Cəmi bir dəfə, səhər yeməyi zamanı ora düşmüşəm. Səhər yeməyində də restoran bağlatdırmaq ənənəsi nə Azərbaycanda, nə də dünyanın hansısa ölkəsində var. Kimsə məni görüb, bəlkə kimsə salam verib, görməmişəm, xətrinə dəyib. Götürüb bu cür yalan məlumatı yayıb cəmiyyətə. Allah canını sağ eləsin. Mən bu şeylərə tamamilə biganə münasibət bəsləyirəm. Mənə maraqlı deyil. Öz işimlə məşğulam, məni də bundan heç kim yayındıra bilməz. Dövlət adamıyam, heç vaxt özümə rəva bilməmişəm ki, mənəvi cizgilərdən çıxım. İndi bunu kimlər qəbul edirsə etsin, etməyənlərin də Allah canını sağ eləsin. İndi yazırlar da, nə edim? Gedib hamısına bir-bir deyim ki, yazma?”.
“Dediyiniz məsələ bu qədər sadə və bəsit ola bilərmi? Bəlkə bu sayaq xəbərin yayılmasında sizi sevməyən hansısa qüvvələr var?” sualına Ə. Qarayev belə cavab verib: “Ola bilər ki, bunun arxasında məni istəməyənlər, düşmənlərim var. Mümkündür”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024