Cəmiyyət / Slayd (13-02-2016, 23:32)
NAZİR “ŞAHDAĞ”IN RESTORANINI BAĞLATDIRDI! – Turizm nazirinin turizm kompleksindəki rüsvayçılığı
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün ailəsi ilə birlikdə Qusardakı «Şahdağ» Turizm Kompleksində istirahət edib.
Mediatv.az xəbər verir ki, “AzPolitika”ya daxil olan məlumata görə, bu “ali irq” nümayəndəsinin istirahət gününü mənalı keçirmək istəyi eyni niyyətlə “Şahdağ”a üz tutan yüzlərlə “plebeyin” elementar hüquqlarının pozulmasına səbəb olub. Məsələn, nazir ailəsi ilə birlikdə restoranda olduğu vaxt başqalarının bu məkana girişi qadağan olunub.
Ailəsi ilə birlikdə “Şahdağ”da istirahət edən vətəndaşlardan birinin dediyinə görə, otelin restoranından istifadə etmək imkanı saatlarla məhdudlaşdırılıb. Turizm kompleksinin işçiləri bildiriblər ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restorandadır, onlar çıxmayınca heç kimi ora buraxa bilməzlər. Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra “qara camaata” yemək verilib.
Əslində Azərbaycan reallığında bu hadisə qətiyyən təəccüblü deyil. Ancaq bəla ondadır ki, Əbülfəs Qarayev Azərbaycanın nə MTN, nə də kənd təsərrüfatı naziridir. O, ölkənin MƏDƏNİYYƏT və TURİZM naziridir. Ailəsi restoranda olduğu üçün bir turizm kompleksinin restoranını digərlərinin üzünə bağlatmaq isə, həm MƏDƏNİYYƏTƏ zidd bir hərəkətdir, həm də TURİZM siyasətinin mahiyyətini açıb ortaya qoyur.
“Şahdağ” Turizm Kompleksi əcnəbi turistlərin az da olsa maraq göstərdikləri Azərbaycanın nadir turizm obyektlərindən biridir. İndi təsəvvür edin ki, nazirə görə otelin restoranının digər müştərilərin üzünə bağlanmasını bu gün “Şahdağ”da olan əcnəbilər necə qarşılayıblar.
Faciə həm də bundadır ki, neft erasının bitdiyi, hökumətin və xalqın qeyri-neft sektorundan, o cümlədən də turizmdən asılı qaldığı bir dövrdə Azərbaycanın turizm siyasətinin başında Əbülfəz Qarayev durur. Özünün və ailəsinin rahatlığı naminə yüzlərlə yerli və xarici turistin hüquqlarının tapdanmasını özünə rəva görən Əbülfəs Qarayev…