Siyasət / Slayd (11-07-2014, 20:24)
Ziya Məmmədov prezidentin müşavirəsinə niyə çağırılmadı? - İDDİA
Ötən gün prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iclasa qatılmaması diqqət çəkib.
Qaynar.info-ya daxil olan məlumata görə, Əbülfəz Qarayev Xorvatiyada olduğu üçün iştirak edə bilməyib. Amma Ziya Məmmədovun, Azad Rəhimovun və Aydın Əliyevin iclasa qatılmamasının səbəbi bəlli deyil.
Qeyd edək ki, ölkə başçısı çıxışında nəqliyyat sektoruna da toxunub və bildirib ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir: "Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır".
Ekspertlər isə düşünürlər ki, ölkə başçısının Bakıda nəqliyyatla bağlı məsələnin tənzimlənməsini İcra Hakmiyyətinə tapşırması Ziya Məmmədovla bağlı xoş xəbər sayıla bilməz. Həmçinin onun iclasa çağırılmama ehtimalı da var. Bu, nəqliyyat nazirinə etimadın azalması və yaxın günlərdə onunla bağlı ciddi qərarın verilməsinə də işarə ola bilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024