Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 17:19)
Orbita MTK ağacları kəsərək tikinti işləri aparıb - FOTOLAR

 


Orbita MTK Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən ərazidə yaşayış binasının qaraj tikintisi üçün ağacları kəsib.

Kommersant.az xəbər verir ki, Sovetlər zamanı əkilən və təxmini yaşının 50-60-dan çox olduğu ehtimal edilən Eldar şamları Orbita MTK tərəfindən kəsillib. Kəsilən ağacların yerinə isə daş döşənib və bir neçə dekorativ ağaclar əkilib.

Şəhər mühitində yaşıl sahələrin qorunması xüsusilə aktual məsələdir. Bakı onsuz da yaşıllıq baxımından məhdud imkanlara malik şəhərlər sırasındadır. Belə şəraitdə tikinti adı altında ağacların məhv edilməsi şəhərsalma siyasətinin sosial və ekoloji aspektlərinin nə dərəcədə nəzərə alındığı sualını gündəmə gətirir. Tikinti layihələri yalnız iqtisadi maraqlarla deyil, eyni zamanda ictimai fayda və ətraf mühitin qorunması prinsipləri ilə eyniləşdirilməlidir.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi və Orbita MTK-nın açıqlaması hələlik yoxdur.

Kommersant.az mövzunu diqqətdə saxlayır və qarşı tərəfin mövqeyini təqdim etməyə hazırdır.

Qeyd edək ki, sözügedən ağaclar kəsilərək yerəlaltı qaraj inşa edilib.

 
шаблоны для dle 11.2

Xəbər lenti
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
26 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
25 01 2026
24 01 2026