Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (28-01-2016, 15:49)
"“NAZ Lifan” münasib qiymətə olsa alaram"

“Maşını dəyişmək istəyirəm, “Naz-Lifan” xoşuma gəlsə alacağam...”

 

Mediatv.az Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının AzVision.az-a müsahibəsini təqdim edir: 

- Prezident İlham Əliyev ölkədə ciddi islahatlara start verib. Ölkə başçısı dövlət rəsmiləri ilə keçirilən sonuncu iclasda 2016-cı ildə iqtisadi islahatların aparılacağını bəyan etdi. Prezidentin son çıxışları və ölkədəki vəziyyəti necə dəyərləndirirsiz?

-Dünyanı bürüyən maliyyə böhranı Azərbaycana da təsir edir. Azərbaycan beynəlxalq sisteminin bir hissəsidir. Ona görə də dünyada baş verən iqtisadi böhranın ölkəmizə də mənfi təsiri var. Azərbaycan prezidenti bunu nəzərə alaraq islahatlara başlayıb. Bildirib ki, bu il ölkədə dərin islahatlar ili olacaq. Ölkə başçısı sonuncu iclasda qarşıda duran bütün vəzifələrin üzərində dayandı, hansı istiqamət üzrə gedəcəyimizin anonsunu verdi, islahatların sistemli və ardıcıl xarakter alacağını önə çəkdi. Prezident bu proseslərə mənfi təsir göstərən neqativ hallara qarşı barışmaz olduğunu ortaya qoyub. İslahatlar nəticəsində Azərbaycanın bütün potensialı, ehtiyat mənbələri üzə çıxacaq. Hesab edirəm ki, bununla iqtisadi böhranın ağır nəticələrindən sığortalana biləcəyik.

- Ölkə başçısı həmin iclasda daxili istehsalın yüksəldilməsinin vacibliyinə diqqət çəkdi. Daxili istehsalın gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? 

- Hesab edirəm ki, böhrandan çevik siyasət yeritməklə, zamanın nəbzini doğru tutaraq, ona adekvat addımlar atmaqla çıxmaq mümkündür. Ölkə başçısının proqnozlarının arqumentli olması sübut edir ki, Azərbaycan yaranmış situasiyadan uğurla çıxacaq. Azərbaycanın hərəkətə gətirilməyən potensialından maksimum istifadə ediləcək. 

Biz bundan sonra neft amilini unutmalıyıq. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırmalıyıq. Hesab edirəm ki, təkcə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi tədbirlərlə kifayətlənmək olmaz. Ölkənin bütün strukturları səlahiyyətləri daxilində kənd təsərrüfatının inkişafı üçün nazirliyin yanında olmalıdır. Azərbaycanda yerli istehsal üçün bütün imkanlar var. Biz ancaq müasir texnologiyanı xaricdən alaraq keyfiyyətli yerli məhsul istehsal edə bilərik. 

- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də ölkə başçısının məmurlara “NAZ Lifan” avtomobilini tövsiyə etməsidir. Millət vəkili olaraq bu təklifi necə qiymətləndirirsiz? 

- Prezidentin bu təklifini dəstəkləyirəm. Vəzifəli şəxslər niyə “NAZ Lifan” və yerli mebellərdən istifadə etməsin ki? Tamamilə doğru yanaşmadır. Bahalı maşınlara, mebellərə ehtiyac yoxdur. Kimsə öz evinə xarici mebel almaq istəyirsə, bu, onun öz seçimidir. Dövlət strukturları qənaət rejiminə keçməlidir. 

Azərbaycan mallarından istifadə yerli istehsalın stimullaşdırılmasına təkan verəcək. Əminəm ki, hər kəs ölkə başçısının bu çağırışına qoşulacaq. 

- Fəzail müəllim, bundan sonra yerli istehsan olan maşın və mebellərdən istifadə etməyi düşünürsünüzmü?

- Rəhbərlik etdiyim partiyanın ofisində olan mebellərin hamısı yerlidir. 5 ildən çoxdur eyni maşından istifadə edirəm. Maşını dəyişmək istəyirəm. “NAZ Lifan” markalı maşınları araşdıracağam, münasib qiymətə olsa alaram. Bu kimi məsələlərdə kompleksim yoxdur. 

Biz bu cür yanaşmalarla ölkədə yerli istehsalın səviyyəsini artırmalı, həm də şəbəkəsini genişləndirməliyik. İnsanların kütləvi şəkildə istifadə etdiyi məhsul və avadanlıqların ölkədə istehsalına ciddi ehtiyac duyulur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024