Gündəm (15-01-2015, 16:24)
Qubad İbadoğlu: «Bu il Azərbayacanın sosial-iqtisadi vəziyyəti ciddi şəkildə dəyişəcək»
«Neftin qiyməti bahalaşana qədər transmilli layihələrin maliyyələşdirilməsi müzakirə obyekti olaraq qalacaq».
Qubad İbadoğlu: «Monopoliyalar Azərbaycan iqtisadiyatının mövcud potensialından səmərli istifadə etmək imkanlarını məhdudlaşdırır»
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu PİA.AZ-a ölkənin iqtisadi durumunu şərh edib.
Mediatv.AZ iqtisadi ekspertlə qısa müsahibəni oxucularının diqqətinə təqdim edir:
- Prezident İlham Əliyevin Türkiyə səfərində rus qazının Türkiyə üzərindən Avropaya nəql ediməsinin Şahdəniz qaz kəmərinin gələcəyini təhlükə altında almasını müzakirə obyekti olması barədə söyləntilər var. Sizcə belə bir təhlükə nə qədər realdır?
- Dünya bazarında neftin qiymətləri ilə bağlı verilən proqnozlar onu göstərir ki, belə böyük strateji layihələr uzun müddət hələ maliyyələşdirilməyəcək. Neftin qiyməti bahalaşana qədər bu layihələrin maliyyələşdirilməsi müzakirə obyekti olaraq qalacaq. Neftin qiyməti indiki səviyyədə qalarsa, onun maliyyəşdirilməsi ilə bağlı müəyyən şübhələrim var. Düşünürəm ki, Rusiyadakı iqtisadi vəziyyət və gözlənilən iqtisadi-siyasi böhran onun belə böyük layihələrdə iştirakına şanslarını azaldır. Bu yalnız siyasi məqsədlərə xidmət edir və bugünkü Rusiya-Türkiyə münasibətlərindəki durum da bu müzakirələrə yol açır. Hesab edirəm ki, Azərbaycan bu durumu dəyərləndirib, adekvat şəkildə münasibət bildirəcək.
- Prezident Ilham Əliyev Nazirlər Kabinetinin son toplantısında 2015-ci ilin ağır keçəcəyi barədə ilk dəfə olaraq cəmiyyətə siqnal verdi. Həmçinin prezident əldə olunan pulların ölkə iqtisadiyyatına yatırım yatırılması ilə bağlı müraciət etdi. Prezidentin bu barədə xəbərdarlığı ölkədə iqtisadi böhranın başlanğıcından xəbər verirmi?
- Bu xəbərdarlıqdan da göründüyü kimi, 2015-ci il həqiqətən ağıir il olacaq. İqtisadi böhran üçün keçid ili ola bilər. Bu baxımdan böhranın tez başlamasının qarşısını almaq üçün Azərbaycanın məhz daxili mənbələri hesabına investisiya imkanlarını artırması əsas siyasətlərdən biri ola bilər. Hesab edirəm ki, dünya bazarında baş verən hadisələr, qonşu Rusiyadakı iqtisadi böhranlar bu il Azərbayacanın sosial-iqtisadi vəziyyətinin ciddi dəyişəcəyinə əsas verir. Xarici dövlətlərin öz sərmayələrini Azərbaycan iqtisadiyyatına qoymaqla bağlı müraciətə gəlincə, bunu doğru müraciət hesab edirəm. Bu əvvəldən olmalı idi. Biz çalışmalıyıq ki, Azərbaycan iqtisadiyyatını xarici investorlar üçün açaq. Ölkə iqtisadiyyatının modernləşməsi üçün xarici investorların Azərbaycana kapital qoyması çox vacibdir. Eyni zamanda Azərbayacana qabaqcıl və modern texnologiylar da xarici investorlar vasitəsilə gətirilə bilər, ancaq indiki halda düşünmürəm ki, bu effekt versin. Çünki qonşu ölkələrdə Rusiyada, Türkiyədə baş verən iqtisadi prosesler milli valyutanın dəyərinin düşməsinə gətirib çıxarıb. Azərbaycan hələki sabitliyi qoruyub saxlasa da, bu sabitliyi uzunmüddətli qoruyub saxlamaq mümkün olmayacaq. Bunu xarici investorlarda başa düşür. Ona görə də, inanmıram ki belə bir çağırışın ciddi effekti olsun.
- Bəs Azərbaycan iqtisadiyyatındakı monopolyalar hazırkı durumda iqtisadi stabilliyə necə təsir edir? Mənfi ya müsbət?
- Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatındakı monopolyalar iqtisadi stabilliyə mənfi təsir göstərir. Çünki monopoliyalar Azərbaycan iqtisadiyatının mövcud potensialından səmərli istifadə etmək imkanlarını məhdudlaşdırır. Eyni zamanda iqtisadiyyatın bir neçə şirkətlərin və ya oliqarxların əlində olmasına gətirib çıxarır. Sağlam rəqabət olmayana qədər monopoliyalarin fəaliyyəti iqtisadiyyata mənfi təsir göstərir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024