Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Sağlamlıq (24-06-2015, 13:19)
Şəkər xəstəliyindən qorunmağın YOLLARI

Şəkər xəstəliyindən qorunmağın YOLLARI

 

Son dövrün geniş yayılmış xəstəliklərindən olan diabetdən qorunmaq əslində mümkündür. Bir çox xəstəliyi də özü ilə bərabər gətirən diabet infarkt, yüksək təzyiq, böyrək çatışmazlığı kimi ciddi problemlərə yol açır.

 

Xalq arasında şəkər xəstəliyi olaraq bilinən “diabetes mellitus”, pankreasdan ifraz olunan və qanda şəkər səviyyəsini tənzimləyən insulin adlı hormonun heç istifadə edilməməsi nəticəsində yaranan bir xəstəlikdir. Qanda şəkər səviyyəsini yüksəldən bu xəstəlik müalicə edilməzsə, sonda ölümlə nəticələnə bilər.

Şəkər xəstəliyi infarkt, yüksək təzyiq, böyrək çatışmazlığı, iflic, korluq və bir çox xəstəliklərə zəmin yaradır.

 

Çox ciddi bir xəstəlik olan şəkər insanın həyat keyfiyyətini pozaraq ölümə də yol aça bilər. Şəhər həyatının gətirdiyi stress, hərəkətsizlik, nizamsız qidalanmaq (yağlı və qatqılı maddələrdən hazır qidalar, təzə meyvə-tərəvəz az yemək), siqaret və spirtli içki istifadəsi, yuxu problemləri və sonda köklüyün meydana gəlməsi də şəkər xəstəliyinin səbəbləri sayıla bilər.

 

 

Şəkər xəstəliyindən qorunmaq üçün nə etməli?

 

 

Gündəlik həyatın yaşatdığı stressdən mümkün olduğu qədər təsirlənməyin

 

 

Kök olmaqdan qaçın

 

 

Siqaret, spirtli içki və digər pis vərdişlərdən uzaq durun

 

 

Nizamlı və təbii qidalanın

 

 

Müntəzəm yuxu yatın

 

 

İdmana vaxt ayırın

 

 

Marağınıza uyğun hobbi ilə məşğul olun

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024