Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-12-2014, 21:22)
Manat dəyərdən düşəcəkmi?

Ekspertlər hələlik manatın ucuzlaşması ilə bağlı ciddi təhlükə görmürlər

Son günlər dünya birjalarında avro və rus rublu dollara nisbətdə dəyərdən düşür. Qeyd edək ki, ekspertlər dolların pul vahidləri qarşısında yüksəlişini neftin ucuzlaşması ilə əlaqələndirirlər. Onların fikirincə, neft ucuzlaşmaqda davam edərsə, digər valyutalara təzyiq artacaq. Çünki indiki dövrdə dolların bahalaşması bir sıra ölkələrdə devalvasiya siqnallarını daha da gücləndirib. Məsələn, Rusiya, Ermənistan, İran valyutalarının timsalında baş verənlər, bunun digər ölkələrə də təsirsiz ötüşməyəcəyini göstərir.

Bəs, görəsən, indiki şəraitdə Azərbaycan manatının dəyərdən düşməsi ehtimalı varmı?

Məsələyə münasibət bildirən Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev «Həftə içi»nə açıqlamasında deyib ki, hələlik manat üçün ciddi təhlükə gözlənilmir: «Bir neçə gün öncə Mərkəzi Bank valyuta ehtiyatlarının həcmini açıqladı və məlum oldu ki, Mərkəzi Bankın rezervləri azalıb. Bu manatın manatın məzənnəsinin sabit saxlanılmasından irəli gələn bir nəticədir. Yəni, hazırda Mərkəzi Bankın əsas hədəflərindən biri manatın məzənnəsinin sabit saxlanılmasıdır. Çünki neftin qiymətinin aşağı düşməsi milli valyutaya təzyiqi artırır və Mərkəzi Bank intervensiya etmək məcburiyyətində qalır. Bu məqsədlə 9 ayda Mərkəzi Bank valyuta bazarına 1 milyard 200 milyon dollar buraxaraq manatı alıb. Ona görə də bankın rezervləri azalıb. Düzdür, Mərkəzi Bankın bu siyasəti iqtisadi qanunauyğunluqlara ziddir. Əslində milli valyuta sərbəst buraxılmalıdır və valyuta bazarı özü tələblə-təklif prinsipinə uyğun olaraq bu məzənnəni müəyyənləşdirməlidir. Məsələn, Rusiya valyutasını götürsək görərik ki, hökumətin rublu sərbəst buraxmaq barədə qərarından sonra bu valyutanın real qiyməti hansı səviyyəyə çatdı. Bizdə də eyni siyasət yürüdülsə, manat sürətlə dəyərdən düşəcək. Bu isə ciddi sosial fəsadlara gətirib çıxara bilər. Çünki Azərbaycanda əhəlinin böyük əksəriyyətinin həyat səviyyəsi yüksək olmadığından hökumət bu riskə getmək istəmir. Ona görə də Mərkəzi Bank öz siyasətini iqtisadi qanunauyğunluqlara deyil, daha çox sosial qanunlara uyğunlaşdırır. Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamalarından da görünür ki, bu siyasət gələn ildə də davam etdiriləcək. Yəni, bankın milli valyutanı sərbəst buraxmaq niyyəti yoxdur. Bu isə o deməkdir ki, mövcud iqtisadi təzyiqlərə baxmayaraq 2015-ci ildə manatın məzənnəsi dəyərdən düşməyəcək və sabit saxlanacaq ».

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələləlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır: “İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan, Mərkəzi Bankın manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin. Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxil olmaların azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorlar daxil olmaqla bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir”.

Ekspert qeyd edib ki, bütün bunları nəzərə alaraq orta və uzunmüddətli deyil, qısa müddətli dövrdə milli valyutanın məzənnəsini proqnozlaşdırmaq olar: “Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısa müddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilində manatın məzənnəsinda azalma müşahidə edilməməlidir. Deməli, milli valyutanın məzənnəsi ilə bağlı indiki halda narahatçılıq yoxdur. Eyni zamanda Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatın məzənnəsi ilə bağlı siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq. Təbii ki, milli valyutanın məzənnəsi ilə bağlı qərarların heç də həmişə öncədən və iqtisadi baxımdan proqnozlaşdırıla bilmədiyini də unutmamalıyıq”.

Sevinc

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024