Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 22:51)
“Şapka Mamed”in kölgəsində: Monella MMC, milyonluq kreditlər və gizli sazişlərin izi - VİDEO

2017-ci ildə “BakuPost” portalında dərc olunan materialda “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin fəaliyyətinə dair ciddi iddialar səsləndirilmişdi. Həmin araşdırmada qeyd olunurdu ki, “Aqrarkredit” rəhbəri kimi Musayev dövlət banklarının problemli kreditlərinin idarə edilməsində qeyri-şəffaf mexanizmlərdən istifadə edib və bir çox borcluların əmlaklarını ələ keçirib.
İllər sonra bu proseslərin kölgəsində adı çəkilən şəxslərdən biri – Qurbanəli İsmayılov, “Monella” MMC-nin rəhbəri – yenidən gündəmə gəlib.

Fatmayı əməliyyatı və gizli saziş iddiaları

Mənbələrin bildirdiyinə görə, Qurbanəli İsmayılov “Şapka Mamed” kimi tanınan Məmməd Musayevlə gizli sazişlər bağlayaraq, yenidən əldə etdiyi kreditlə biznes inkişafına deyil, Məmməd Musayevdən götürdüyü kreditlər vasitəsilə Fatmayı kəndində yerləşən 220 min manat dəyərində iaşə obyekti və 160 min manat dəyərində mənzil əldə edib.

İddialara əsasən, bu alqı-satqılar rəsmi sənədlərdə adi kommersiya əməliyyatı kimi göstərilsə də, faktiki olaraq Musayevin nəzarət etdiyi maliyyə qurumları vasitəsilə həyata keçirilib. Məqsəd isə dövlətə və banklara olan öhdəliklərin ört-basdır edilməsi olub.

7 milyonluq borcdan 10 milyona, sərnişin daşımada “qızıl fürsət” vədilə

Araşdırmaya görə, İsmayılov Musayevə yaxın çevrələr vasitəsilə sərnişin daşımada milyonluq qazanc vəd edib, bunun müqabilində 7 milyon manatlıq kredit borcu 10 milyon manatadək artırılıb. Lakin əldə edilən vəsait nə şirkətin əsas fəaliyyətinə, nə də sərnişin daşımaya yönəlib — iddialara görə, şəxsi maraqlara sərf edilib.

“Monella” MMC-nin adı bir neçə kommersiya obyektinin təmiri və nəqliyyat parkının yenilənməsi layihələrində də hallanır. Lakin həmin işlərin xərci şirkətin deyil, Zakir Məmmədovun 270 min manatdan artıq şəxsi vəsaiti hesabına təmin edilmişdir.

Zakir Məmmədovun iddiaları və maddi sübutlar

Araşdırma çərçivəsində redaksiyaya təqdim edilmiş video süjet və maddi sənədlər Zakirin bu layihələrdə şəxsi vəsaitlə iştirak etdiyini təsdiqləyir. O, bildirir ki, Qurbanəli İsmayılov vəd etdiyi ödənişi həyata keçirməyib, əksinə, saxta sənədlər hazırlayaraq guya Zakirin borclu olduğu təəssüratını yaradıb.
Zakir iddia edir ki, Qurbanəli bu yolla onu təzyiq altında saxlamağa, hətta cinayət işi açdırmağa çalışıb. Həmin müddətdə söhbətlərdə onun ailə üzvlərinin, o cümlədən yaxınlarının adı hallandırılaraq psixoloji təzyiq göstərilib. Zakir Məmmədov həmçinin qardaşının övladının həmin müəssisənin həyətində Qurbanəli İsmayılovun səhlənkarlığı nəticəsində həyatını itirdiyinidə video müsahibəsində bildirib.




Yeni MMC və borcdan yayınma sxemi

Məlumata görə, “Monella” MMC-nin maliyyə vəziyyəti pisləşdikdən sonra Qurbanəli İsmayılov şirkəti bankrot elan edib. Lakin bu, sıradan bir iflas prosesi deyil. İddialara əsasən, İsmayılov “Monella”ya məxsus əmlak və aktivləri oğlunun adına yeni MMC vasitəsilə üçüncü şəxslərə ötürərək, dövlətə və banklara olan borclardan yayınmağa çalışıb.
Əldə etdiyimiz sənədlərdə göstərilir ki, bu əmlaklar birbaşa İsmayılovun adına deyil, başqa şəxslərin adına keçirilib.

“Şapka Mamed”in izi

Ekspertlər bildirir ki, problemli kreditlərin “Aqrarkredit” vasitəsilə idarə olunması zamanı Məmməd Musayevin qeyri-şəffaf təsir mexanizmləri uzun illər tənqid olunub. Mətbuatda onun rəhbərlik etdiyi və ya təsirində olan banklardan verilən kreditlərin qaytarılmaması, borclulara qarşı təzyiq və “qara bazar” valyuta əməliyyatları barədə çoxsaylı məlumatlar yer alıb.
“Monella” MMC və Qurbanəli İsmayılov ətrafında formalaşan bu yeni qalmaqal, bir çox ekspertlərin fikrincə, həmin sistemin davamı kimi görünür.

Qarşı tərəfin yəni Məmməd Musayevin, Qurbanəli İsmayılovun və “Monella” MMC-nin mövqeyini dinləməyə tam hazırıq. Onlardan məsələyə münasibət bildirmələrini, xüsusən:

- Fatmayı kəndindəki əmlakların əldə edilməsi?
- 10 milyon manatlıq kredit vəsaitinin təyinatı?
- Zakir adlı şəxsə məxsus 200 min manatlıq ödənişlərin taleyi?
- Monella MMC-nin bankrotluğu və aktivlərin başqa adlara keçirilməsi barədə açıqlama təqdim etmələrin gözləyirik...

Qeyd: Araşdırma materialında səsləndirilən məlumatlar və ittihamlar iddia xarakteri daşıyır. Mövzuda adları çəkilən şəxslərin cavab və açıqlamaları dərc edilməyə hazırdır.(Bakunews.az)
шаблоны для dle 11.2

Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025