Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-12-2014, 11:44)
“Rusiyada gələcəyimiz qeyri-müəyyəndir”

Moskvadakı həmyerlilərimiz ölkədə iqtisadi durumun ağırlaşması səbəbindən təlaş içindədirlər...

 

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, dünya bazarında neftin qiymətlərinin sürtələ ucuzlaşması şimal qonşumuzda iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Rus rublu, demək olar ki, hər gün dollarla nisbətdə dəyərdən düşür. Rusiyanın son 6 ayda 100 milyard dollar itirdiyi bildirilir. 
Təbii ki, Rusiyada bu vəziyyət bu ölkədə yaşayan on minlərlə azərbaycanlını da narahat edir. Qeyd edək ki, Azərbaycanda minlərlə ailəyə pul məhz Rusiyadan gəlir. Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bir sıra tərəfləri ilə ölkəmizə də təsir edəcək. 
Rusiyada isə iqtisadi vəziyyət gündən-günə pisləşir. Moskvada yaşayan və bizneslə məşğul olan Cəlal Babayev adlı həmyerlimiz deyir ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsinə Qərbin tətbiq etdiyi sanksiyalardan daha çox neftin qiymətinin ucuzlaşması təsir edir: “Ukrayna böhranı  başlayanda dolların rus rubluna məzənnəsi 34-35 rubl idisə, hal-hazırda bu məzənnə 52-55 rubl arasında dəyişir. Hətta rublun məzənnəsinin aşağı düşməsinin qarşısını Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi belə saxlaya bilmədi. Son 2 ay ərzində bunun üçün valyuta ehtiyatından 35 milyard dollar xərcləyən Mərkəzi Bank ən nəhayət rublu ”sərbəst dalğalanmaya" buraxmağa məcbur oldu. Hərçənd, bunu 2015-ci ildən etməyi hədəfləmişdi".
C.Babayev deyir ki, artıq xarici investisiya fondları da Rusiyaya yatırdıqları vəsaitləri Ukrayna böhranı və iqtisadiyyatdakı qeyri-müəyyənliyə görə geri çəkməyə başlayıblar. Hal-hazırda Rusiyadan 100 milyard dollar vəsaitin geri çəkildiyini qeyd edən həmyerlimizin sözlərinə görə, bu faktorlar ölkə iqtisadiyyatına ciddi zərbə vurub: “Üstəlik, Rusiyanın da Qərbə tətbiq etdiyi qarşı sanksiyalara görə (müəyyən ölkələrdən mal və məhsul gətirilməsinə Rusiyanın qoyduğu qadağalar) Rusiya bazarında ərzaq qıtlığı müşahidə olunmağa başlayıb. 
İlk başlarda xaricdən gətirilən ərzaqların mağazalardakı yerləri boş qalsa da, bu boşluq ən qısa zaman ərzində başqa məhsullarla dolduruldu. Ancaq buna baxmayaraq ölkədə inflyasiyanın səviyyəsi sürətlə artmaqdadır. Buna həm rublun məzənnəsinin düşməsi, həm də əhalinin iqtisadi fəallığının azalması səbəb olur. Mal və məhsulların qiymətlərinin yüksəlməsinin digər səbəbi isə möhtəkirlərin fəaliyyətidir. Məsələn, Rusiyada qarabaşağın qiyməti möhtəkirlərin sayəsində 2 dəfə bahalaşıb. Halbuki Rusiyada qarabaşaq qıtlığı yoxdur".
Həmyerlimizin sözlərinə görə, hazırda Rusiya paytaxtında qıtlıq yoxdur, bütün məhsullar mağazalarda mövcuddur. Ancaq Moskvada əsas narahatlıq gələn ilin mart-may aylarında iqtisadi vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlıdır: “Onsuz da xaricdən buraya əsasən elit təbəqənin istehlak etdiyi ərzaq məhsulları gəlirdi və bunu da haradasa əhalinin 5 faizi istifadə edirdi. Ancaq ümumi götürdükdə iqtisadiyyatın vəziyyəti həddən artıq pisə doğru gedir. Ekspertlərin fikrinə görə bu vəziyyət özünün pik həddinə gələn ilin mart-may aylarında çatacaq. Maliyyə böhranı ilə əlaqədar çoxlu sayda mağaza bağlanıb. Eləcə də bir çox xarici şirkətlər Moskvadakı ofislərini bağlayıblar. Kirayə verilən, satılan əmlaklar olduqca çox olsa da, alıcı çox azdır. Rublun gələcəyi qeyri-müəyyəndir. Əllərindəki pulu əriməkdən qorumaq üçün sadə əhali bu vəsaiti qiyməti hələ də köhnə kursla qalan mal və məhsulları almağa xərcləyirlər. Məsələn, dərmanlar, qiymətləri hələ qalxmayan maşınlar, texnika alırlar. Çünki hamı bilir ki bu malların qiymətləri yanvardan etibarən 30-35 faiz qalxacaq”.
Azərbaycanlıların vəziyyətinə gəldikdə, C.Babayev deyir ki, rublun dəyərdən düşməsi ilk növbədə əsasən ticarət və xidmət sektorunda çalışan azərbaycanlıların gəlirlərinə təsir edib: “Məsələn, əvvəllər vətənə hər ay 200 dollar göndərən insanlar indi 100 dollar göndərirlər. Çünki dolların dəyəri haradasa 40 faiz düşüb. Yəni  200 dollar təxminən 6800 rubl edirdisə. indi 200 dollar haradasa 11 min rubl edir. İnsanlar pulu rublla qazanır, ancaq vətənə dollarla göndərir. Bundan başqa ticarət sahəsində də eyni vəziyyətdir. Ticarətçilər Çin və Türkiyədən dollara aldıqları malları burada rublla baha sata bilmirlər. Yəni malı rubla satırlar amma Çin və Türkiyəyə dollarla ödəyirlər. Dolların isə qiyməti hər gün qalxır. Bir çox tacirlərin müflis olma təhlükəsi var. Bundan başqa azərbaycanlıların işini çətinləşdirən daha bir məqam kirayə qiymətlərinin dolların kursuna uyğun olaraq bahalaşdırılmasıdır. Bura ərzaq qiymətlərinin də bahalaşmasını əlavə etmək lazımdır. 
Hazırda bütün dərmanların qiyməti 10-15 faiz qalxıb, bəziləri hətta 30-40 faiz. Hamı da bilir ki yeni ildən sonra qiymətlər 30-40 faiz yenə qalxacaq. Ərzaq məhsullarının və geyimlərin demək olar ki, hamısının qiymətləri qalxıb. Məsələn, Mercedes, BMV, Toyota kimi markaların qiymətləri 6-10 faiz arası artıb, amma yeni ildən sonra təkrar artacaq. Artıq bunu rəsmi şəkildə elan ediblər. Benzinin qiyməti indi 1 litr 36 rubldursa, yanvardan 50 rubl olacaq. “Apple” şirkəti məhsullarının qiymətini hər model üçün 10.000 rubl qaldırdı indidən".

 

C.Babayev deyir ki, miqrantlar üçün daha bir çətinlik Rusiyada miqrasiya qanunlarının daha da sərtləşdirilməsi, cəzaların daha da ağırlaşdırılmasıdır. Həmyerlimiz deyir ki, Rusiyada ümidlər azalır: “Hamı gözləyirdi ki, Putinin son müraciətində sensasiyalar olacaq. Amma olmadı. Əksinə, deyildi ki, ”biz savaşdayıq və sıxıntılara hazır olun". Bir şey də əlavə edim ki, əgər Ukrayna böhranının çözülməsinə doğru bir işarət olarsa, bu ölkədə hər şey sürətlə əvvəlki kimi olacaq. Ən böyük problem qeyri-müəyyənlik və gələcəyə inamsızlıqla bağlıdır". (musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024