Sosial (Bu gün, 13:05)
 Şair Alxasov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə meşə hədiyyə edib? -HÜQUQŞÜNAS ÇAĞIRIÇ EDİR! 
	
 5-10 ağac qıran meşə gözətçisi həbs edilir, ancaq yüzlərlə hektar yaşıllığı qıran icra başçısı həbs edilmir. Bu problemi ictimailəşdirən hüquqşünas Aslan İsmayılov bildirib ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə hektarlarla torpaq hədiyyə edən keçmiş icra başçısı Şair Alxasov da məsuliyyətə cəlb edilməlidir:
“Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb ki, Qusarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib. Məlum olub ki, meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməlləri nəticəsində meşə təsərrüfatına vurduğu ziyanla bağlı Qusar rayon prokurorluğunda cinayət işi başlanıb. Meşə gözətçisi Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib”.
“Baş Prokurorluğun bu addımını alqışlayıram. Amma bir məqam var. Meşə gözətçisini həbsə göndərməmişdən əvvəl 17 il Qusarın bütün meşəliklərini satıb talayan, o zonada Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə hektarlarla torpaq hədiyyə edən keçmiş icra başçısı Şair Alxasovu niyə məsuliyyətə cəlb etmirsiz?!”
“Kiçik bir araşdırma aparılsa məlum olar ki, bu şəxs vəzifədə olduğu illər ərzində Qusarda yüzlərlə hektar yaşıllığı dədə malı kimi satıb”.
“Bunun üçün, böyük komissiya təşkil etməyə gərək yoxdur, sadəcə Google Earth proqramı ilə 2007-2024 peyk görüntülərini müqayisə etmək kifayətdir. Azərbaycanın meşə massivləri olan bütün rayonlarında eyni vəziyyətdir”.
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                4 11 2025 
4 11 2025 
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ –İdarənin keçmiş əməkdaşından şok açıqlama
4 11 2025 
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
								 









				















