Karusel (Bu gün, 08:59)
Mirvari Qəhrəmanlı SOCAR rəhbərliyinə ÇAĞIRIŞ ETDİ - "Diqqətlə oxuyun!"
Dünən prezident İlham Əliyevin AMEA-dakı çıxışı əhəmiyyətliliyi və çoxspektrliyi baxımından kifayət qədər cəlbedici olmaqla yanaşı, həm də bir çox məmurlar üçün YOL XƏRİTƏSİ rolunu da oynamalıdır. "DİA-AZ" bildirir ki, elə bu məntiqə söykənən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR rəhbərliyinə Prezidentdən sitat gətirərək çağırışda bulunub.M.Qəhrəmanlı özünün sosial şəbəkə hesabında belə yazır:
"SOCAR prezidenti cənab Rövşən Nəcəf və onun komandasının diqqətinə! Ölkə başçısının ana dilimiz haqqında çıxışını diqqətlə oxuyun və əzbərləyin![]()
Prezident İlham Əliyev:
“Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi
qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır…
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər… Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.”..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
























