Karusel / Redaktor seçimi (Bu gün, 16:02)
Əli Həsənovla ortaq biznesləri olan Nurlan Həsənov əslində kimdir?-VİDEO
Bir neçə gün öncə mediada PA-nın sabiq şöbə müdiri Əli Həsənovun 2 milyardlıq mülklərinin siyahısı dərc olunmuşdu. Siyahıda Əli Həsənovun yaxın adamı olan və vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində yüksək vəzifə tutmuş Nurlan Həsənovla ortaq biznesləri də qeyd olunub.Həmin müraciətlərdən birində iddia olunur ki, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V” şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib.Şikayətdə sözügedən binaya komendat təyin olunmuş Əli Həsənovun Şərurdan olan İlkin adlı həmyerlisinin binanın mühafizə otağında əxlaqsızlıq yuvası yaratdığı iddia olunur.
Sosial mediada Nurlan Həsənov haqqında ziddiyətli məlumatlar yayıldığından Mediatv.az olaraq internet üzərindən Nurlan Həsənov haqqında araşdırma aparmağı qərarlaşdırdıq.
Abdin Fərzəliyev Nərimanovdakı vəzifəsini Nurlan Həsənova Abşeronda niyə verə bilmədi?
Xəbər saytlarında Nurlan Həsənov haqqında yayılmış məlumatlarda bildirilir ki,Abşeron rayonunda sənədsiz evlər həddindən artıq çox olması uzun illərdir ki, narahatlıq yaradan faktordur.Abidin Fərzəliyevin Abşerona təyin olunmasından sonra Abşeronda sənədsiz evlərin azalmısı gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmayıb və Abidin Fərzəliyevin təyinatından sonra sənədsiz evlərin sayı sürətlə artmağa başlayıb. Yayılan məlumatlara görə Abşeronda qanunsuz tikintilərə icazəni bir qayda olaraq başçının sağ əli Nurlan Həsənov verir və bu icazə şifahi olur. Qeyd edək ki, Nurlan Həsənov Nərimonov rayon icra hakimiyyətində İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Abdin Fərzəliyev Abşeron rayon icra başçısı təyin edildikdən sonra Nurlan Həsənov Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Amma onun əsas işi Abşeron rayonunda qanunsuz tikinti işlərinə nəzarət etmək və “icazə” işlərini həll eləməkdən ibarətdir.
Abşeronda torpaq almaq üçün bələdiyyə sənədi almaq olsa da, tikintiyə rəsmi icazə verilmir.Nurlan Həsənovun şifahi razılıq verdiyi “icazə”dən sonra isə istənilən şəxs tikinti işləri apara bilir. Belə bir “icazə”si olmayan heç kim Abşeronda daşı daş üstünə qoya bilmir.
Gölü qurudub torpağı satırlar…
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən zibilli göl deyilən ərazinin doldurularaq yerində sənədsiz evlərin tikilməsi işləri davam etməkdədir. Tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir. Ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə davam etdirirlər. Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə “icazə” Abşeron rayon İcra Hakimiyyətindən verilib. Bununla bağlı Mediatv.az-a daxil olan məlumata görə, ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur. Yəni tikinti işləri Abşeron rayon icra Hakimiyyətində Nurlan Həsənovun “icazəsi” ilə gizli həhata keçirilir.
Xüsusi təyinatlı obyektlər”lə bağlı xüsusi qiymətlər...
Yuxarıdakı kateqoriyaya daxil olmayan, Nurlan Həsənov tərəfindən “xüsusi təyinatlı obyektlər” adlandırılan elə obyektlər də var ki, baş məsləhətçi onlarla bağlı “xüsusi qiymətlər” müəyyənləşdirib. Belə obyektlərdən biri apteklərdir. Rayon ərazisində aptek tikmək istəyən şəxs bunun üçün nəhəng ticarət mərkəzi inşa etmək istəyən şəxs qədər – təxminin 70-100 min manat arasında pul ödəməlidir. Nurlan Həsənov bunu aptekin “daim işləyən, pul gətirən” xüsusi təyinatıl obyekt olması ilə izah edir. Baş məsləhətçi açıq şəkildə bəyan edir ki, “çox pul qazanan çox ödəməli”, “pul xərcləməyə xəsislik etməməlidir”.
Məlumat üçün qeyd edək ki, sahibkarları “səxavətli olmağa” səsləyən Nurlan Həsənov bugünə qədər nə Qarabağdakı quuculuq prosesinə, nə də ölkə daxilindəki digər ümummilli əhəmiyyətli layihələrə bir qəpik də olsun vəsait xərcləməyib.
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025


























