Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 09:02)
Direktor müəllimə necə problem yaradır - NARAZILIQ VAR...

Bu günlərdə redaksiyamıza növbəti vətəndaş şikayəti daxil olub. "DİA-AZ"ın məlumatına görə, vətəndaş müraciətində bildirib ki, onun şikayəti Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərovadandır.
Xətai rayonu 25 nömrəli orta məktəbin müəllimi Şəhla Əliyeva müraciətində qeyd edib ki, oktyabr ayının 3-də bizə e-sosial platformasından xəbərdarlıq gəlib:
"Məktəbimiz iyul ayının 11-də ləğv olunub və məktəbin əmlakı humanitar liseyə verilib. Biz cox etiraz etdik, nazirliyə belə şikayətə getdik. Saatlarla nazirliyin qarşısında durduq. Bir nəfər olsun belə nazirlik nümayəndəsi bizim qarşımıza çıxmadı. Daha sonra Təhsil idarəsinin işçisi bizi qəbul etdi. Liseyin direktoru Nəzakət Əsgərova və Təhsil İdarəsinin əməkdaşları iclas edərək bildirdilər ki, əgər ərizə yazıb liseyə keçməsək müqaviləmizə xitam veriləcək və ərizə yazmayanlara da maaş verilməyəcək".
Şikayətçi onu da deyib ki, ərizələr oktyabr ayında yazılsa da, müəllimlərə 15 sentyabr tarixi qoymağa məcbur edilib. 15 sentyabrdan bu günədək məktəbdə olan müəllimlərin yarısı maaş almayıb. Mən ərizəyə qol çəkməmişəm. Nəzakət xanımın katibəsi bildirib ki, qol çəkməyənə maaş heç verilməyəcək. Baxmayaraq ki ,15 sentyabr tarixindən hər gün məktəbə getmişəm və dərs keşmişəm. Bu barədə Nəzakət Əsgərovaya özüm sual verdikdə məni Təhsil İdarəsinə yönəltdi. Təhsil İdarəsi isə o nömrədən bu nömrəyə, bu nömrədən o nömrəyə yönəldir. Ən sonda da xətdə gözlədib dəstəyi asırlar. Kecən həftə isə nazirliyə zəng etdim. Ordan mənə dedilər ki, məktəb hələ humanitar liseyə birləşməyib.
Şikayətçi onu da bildirib ki, artıq çox çarəsiz vəizyyətdədir. Ciddi maddi çətinliklər içində olduğunu bildirir. O həmçinin qeyd edib ki, öhdəsində xəstə övladı olan, ailə başçısı olmayan, repetitorluqla məşğul olmayıb yalnız maaşla keçinən müəllimlərimiz var.
"Son 1 həftədə 30 AZN dən artıq telefon danışıqlarına kontur xərcləsəm də mənə cavab verən yoxdu ki, maaşımız necə veriləcək. Xahiş edirəm ki, bu məsələni mətbuatda işıqlandırasınız", - deyə şikayətçi qeyd edib.
Qeyd edək ki, Sözügedən şikayətlə bağlı həmin liseylə əlaqə saxlamaq istəsək də suallarımız cavabsız qaldı. Mövzunu diqqətdə saxlayacağıq...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025