Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Karusel (11-03-2014, 14:33)
Azərbaycan plastik manata keçir

“Plastik pullardan o ölkələrdə istifadə edilir ki, həmin ölkələrdə valyuta tam şəkildə oturuşub”.

 

Bunu “Axar.az”ın Azərbaycanda plastik pulların istifadəsinin mümkünlüyü ilə bağlı suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirdi:
 
“Hazırda plastik pullardan bir çox ölkələrdə istifadə edilir. Son bir neçə ildə bir çox dövlətlərdə bu məsələ aktuallaşmaqdadır. Azərbaycanda həmin pulların istifadə edilməsi üçün onun kağız pullardan fərqini bilmək lazımdır. Əvvəla, onu deyim ki, plastik pullar baha başa gəlsə də, onun yenilənməsinə, yeni pul çapına ehtiyac olmur. Digər məsələ isə odur ki, hazırki texnologiya ilə hazırlanan plastik pulları saxtalaşdırmaq mümkün deyil”.
Ekspertin fikrincə, qarşıdakı 10-15 ildə Azərbaycanda plastik pulların kağız pullarla əvəzlənməsi mümkün deyil: “Bu pullardan o ölkələrdə istifadə edilir ki, həmin ölkələrdə valyuta tam şəkildə oturuşub və valyutanın yaxın 20-30 ildə dəyərdən düşməsi, denominasiya olması gözlənilmir. Amma Azərbaycanda bazar iqtisadiyyatına keçid baş versə də, hələ lazımı səviyyədə oturuşmayıb. Yəni rəqabət mühiti zəifdir, monopoliya bütün proseslərə müdaxilə edir. Azərbaycan manatı hələ özünü tam sərbəst saxlamaq iqtidarında deyil, yəni tam konvertləşmək imkanına malik deyil. Azərbaycan manatı Mərkəzi Bank tərəfindən xərclənən vəsaitlər hesabına öz kursunu saxlaya bilir. Gələcək 10-15 il üçün milli valyutanın sabit olacağını demək olmaz. Əgər bu gün manat sərbəst buraxılsa, onun dəyəri indikindən 50 faiz aşağı olacaq. Məhz buna görə hesab edirəm ki, Azərbaycanda plastik pullara keçid hələ münasib deyil”.
 
Xatırladaq ki, dünyada kağız əsginasların plastik (polimer) pullarla əvəzlənməsi ilə bağlı müəyyən praktika mövcuddur. Avstraliya ilk ölkədir ki, polimer əsginasları dövrəyə buraxıb. 1988-ci ildə inqilabi dəyişikliyə imza atan Avstraliya Mərkəzi Bankı ilk olaraq 10 dolların plastik versiyasını hazırlayıb. Kanada isə 2013-cü ildə ilk polimer pulları istifadəyə buraxıb. Ötən ilin dekabrında isə İngiltərənin Mərkəzi Bankı kağız pulların plastik əsginaslarla əvəzlənəcəyi ilə bağlı bəyanat vermişdi. “Bank of England”in məlumatına görə, plastik əsginaslara keçidlə bağlı işlər 2016-cı ildə tamamilə yekunlaşacaq. İlkin olaraq 5 sterlinqlik əsginasın hazırlanması gözlənilir. İlkin dəyərləndirməyə görə onlar kağız əsginaslardan 6 dəfə çoxömürlü olacaq. Bundan başqa, təmizlik baxımından daha ideal, daha etibarlıdır. Hətta 120 dərəcə istilikdə yuyulmağa məruz qoyulsa belə, xarab olmur.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024