Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:03)
Naxçıvanda dövlət xəstəxanasından DƏDƏ MALI KİMİ istifadə edirlər

 Naxçıvan Mərkəzi Xəstəxananın daxilində satış obyektləri açmaq məqsədilə aparılan qanunsuz tikinti və söküntü işləri bu binanı çökmə təhlükəsi ilə qarşı-qarşıya qoyub. Bu həyəcan təbilini yerli sakinlər çalırlar. Obyektlərin arasında Restoran da olduğu bildirilir.
Sakinlərdən biri, Ramin Fərmayıl isə bu təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına müraciət ünvanlayıb.
O, müraciətində bildirir ki, xəstəxanada aparılan işlər texniki sənədsiz, qanunsuz və təhlükəsizlik qaydalarına zidd şəkildə həyata keçirilir:
“Hazırda xəstəxananın binasında daşıyıcı divarlar sökülüb, beton dayaqlar zədələnib. Texniki pasport yoxdur, layihə sənədləri təsdiqlənməyib. Amma işlər bütün qaydaları pozaraq davam etdirilir”
O qeyd edir ki, söküntü və tikinti işləri xəstəxana fəaliyyət göstərdiyi vaxt aparılır və bu da xəstələrin və tibb personalının həyatı üçün real təhlükə yaradır:
“Xəstələr palatalarda müalicə alır, amma yan otaqlarda çəkic səsləri gəlir. Bina silkələnir, toz-duman içindədir. Binanın konstruksiyası zədələnib, hər an uçma təhlükəsi var”
Müraciətdə iddia olunur ki, xəstəxananın daxilində qanunsuz aptek açılıb və bu fəaliyyətə qanunsuz lisenziya verilib:
“Texniki pasportu və plan layihəsi olmayan bir ərazidə necə aptek lisenziyası verilə bilər? Bu, qanunsuzluğun açıq nümunəsidir. Hətta pəncərələr və qapılar gecə vaxtı sökülüb, yerinə yeni dəmir qapılar taxılıb. Xəstəxananın bir hissəsi faktiki olaraq kommersiya məqsədilə icarəyə çevrilib”
O bildirir ki, məsələ təkcə aptekdən ibarət deyil, xəstəxananın içində bir neçə satış və xidmət obyekti də açılmaq üçün hazırlanır:
“Burada təkcə aptek deyil, müxtəlif kommersiya məqsədli satış obyektləri də açılır. Dövlət əmlakı şəxsi mənfəət üçün istifadə olunur. Xəstəxananın bəzı bölmələri icarəyə verilir, bəzilərində isə qeyri-tibb fəaliyyətləri həyata keçirilir.”
Fərmayıl əlavə edir ki, bu vəziyyət təkcə dövlət əmlakına deyil, həm də insan sağlamlığına və ictimai təhlükəsizliyə zərər vurur:
“Anam həmin xəstəxanada müalicə alır. Mən hər gün ora gedirəm və vəziyyətin nə qədər təhlükəli olduğunu öz gözlərimlə görürəm. Hər an bir fəlakət baş verə bilər. Binanın uçması təkcə oradakı xəstələr üçün yox, bütün Naxçıvan üçün faciə olar.”
Ramin Fərmayıl məsuliyyət daşıyan şəxslərin araşdırılmasını və qanunsuz işlərin dərhal dayandırılmasını tələb edir.
"Gündəlik Naxçıvan"
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025