Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 21:57)
AYDA-işçisi oğluna dəbdəbəli toy etdi - İdarə rəisi 20 min dollarlıq brilyant bağışladı

 Toyda iştirak edən müğənnilərə 150 mn manat xərclənib
Dövlət məmurları dəbdəbə yarışındadır.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu yaxın günlərdə oğluna “Elux Event Hall” məkanında təmtəraqlı toy mərasimi keçirib. O, toyu dövlət tədbirindən seçilməyəcək qədər dəbdəbəli şəkildə qeyd edib.

Mediatv.az-ın  Tribunainfo.az-a istinadən məlumatına görə, ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya və digər məşhur müğənnilər toyda iştirak edib. Toyda müğənnilərə 150 min manat pul xərclənib.
Gələn qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub.

Seyidov, toya ailəsi ilə birlikdə qatılıb və 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyə təqdim edib.

Maraqlıdır ki, dövlət qulluğunda çalışan şəxslərin belə yüksək dəyərli hədiyyələr alması və verməsi, etik davranış qaydaları və vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı kontekstində suallar doğurur. Yəni, Dövlət sektorunda çalışanların özəl tədbirlərində nümayiş etdirilən dəbdəbə, büdcə pulları ilə lüks həyat təsəvvürünü gücləndirir.

Belə hallar vətəndaşlar arasında sosial ədalət duyğusuna mənfi təsir göstərir.
 

​​​​шаблоны для dle 11.2

Xəbər lenti
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025