Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 12:40)
Antiinhisar Agentliyi Ombudsmanı niyə saymır?

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin həyata keçirilməsinə dair yeni qaydalardan əziyyət çəkən insanların narazılığı hər gün artmaqdadır.
Xatırladaq ki, AZAL rəhbərliyinin yeni qərarı ilə taksi xidməti göstərən başqa şirkətlər hava limanı ərazisində bu fəaliyyətlə məşğul ola bilmir.
Bu xidməti həyata keçirən “Bakı Taxi Xidməti” MMC isə ağlasığmaz qiymətlər müəyyən edib.
Qeyd edək ki, bu sahədə yaranmış gərginlik o həddə çatdı ki, İnsan Hüquqları üzrə Müvəkkil  (Ombudsman) Aparatı da xüsusi açıqlama yaymışdı.
Ombudsmanın Beynəlxalq Hava Limanında apardığı monitorinq nəticəsində müəyyən olunmuşdu ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. 
Bundan sonra Ombudsman  Səbinə Əliyeva yaranmış vəziyyəti qiymətləndirilməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət vermişdi.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri Elnur Bağırov ümumiyyətlə, Ombudsmana cavab verməyib.
Təcrübədə ölkənin Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin rəhbərliyinin İnsan Hüquqları Üzrə Müvəkkilin məktublarına, sorğularına operativ reaksiyasının şahidi olmuşuq.
Amma Elnur Bağırovun AZAL rəhbərliyinin  cəmiyyətdə böyük narazılığa səbəb olan bir qərarını təftiş etməməsi onun özünün fəaliyyəti haqqında ciddi suallar ortaya çıxarır.
Söhbət rəqabət qanunlarının kobud pozuntusundan gedirsə və  Elnur Bağırov buna göz yumursa, o zaman onun da bu inhisarda maraqlı olduğu qənaəti formalaşır.
Necə olur ki, Monteneqronun Ombudsmanı bu ölkədəki azərbaycanlılara qarşı baş verənlərə dair Səbinə Əliyevanın məktubuna cəmi bir günə cavab yazır, amma Elnur Bağırov 2 aydır ki, Ombudsmana cavab vermir və saya saymır? 
Bu isə həm də Elnur Bağırovun  “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa olan münasibətinin ifadəsidir.
шаблоны для dle 11.2

Xəbər lenti
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
30 10 2025
30 10 2025
30 10 2025