Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 09:16)
Şərur təhsili ƏR-ARVADIN əlində əsir-yesir qalıb? - BU NƏDİ BELƏ?

 
Şərur rayonunda müəllimin şagirdi döyməsi ilə bağlı məslə ictimailəşdikdən sonra müəllim Aygül Bayramova cəzalandırılıb. Bu haqda „Gündəlik Naxçıvan“a döyülən şagirdin nənəsi Məqsudə Əkbərova məlumat verib.
Onun sözlərinə görə, məsələ ictimailəşdikdən sonra Bakıdan işə qarışıblar, yerli Təhsil Nazirliyi məktəbə yoxlama göndərib, direktora lazımi tədbirlər görülməsi tapşırılıb. Lakin, direktor nəvəsini döyən müəllimin həyat yoldaşı olduğundan, öncə işə ciddi yanaşmayıb:

“Nazirlikdən tapşırmışdılar ki, bizim uşaq və onun sinif yoldaşları ilə danışıq aparıb, işə yenidən baxsınlar. Lakin, direktor Murad Bayramov bunu etməyib. Bundan xəbər tutan nazirlik məsələnin araşdırılmasını yerli Təhsil Şöbəsinə tapşırıb. Oradan gəlib yoxladılar. Nəvəmi döyən müəllimə şiddətli töhmət verdilər.”

Şərur rayon Siyaqut kənd məktəbinin müəllimi Aygül Bayramovanın 14 yaşlı şagird Zəhra Verdiyevanı başına kitabla zərbələr endirib, saçından tutub sürüyüb, nalayiq söyüşlərlə təhqir etdiyi haqda məlumat vermişdik. Nənəsi Məqsudə Əkbərova deyir ki, oktyabrın 8-də baş verən hadisədən sonra nəvəsi fiziki və psixoloji travmalar alıb və bu səbəbdən məktəbə getmək istəmir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025