Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:10)
Musayevin idarəsində sanki dövlət prinsipi deyil, “şah sarayının qaydaları” işləyir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Məhəmməd Musayev haqqında gələn məlumatlar bir daha göstərir ki, bəzi rəhbərlər üçün vəzifə xalqın etimadı yox, şəxsi mülk anlayışına çevrilib. Musayevin idarəsində sanki dövlət prinsipi deyil, “şah sarayının qaydaları” işləyir.

İşçilərdən gələn şikayətlərə əsasən, idarədə qorxu atmosferi hökm sürür. Heç kim söz deməyə, etiraz etməyə cəsarət etmir. Kim səsini çıxarırsa, sabah ya maaşından kəsilir, ya da “tunelə göndərilir”. Hətta sadə bir texniki işçidən belə izahat tələbi adi haldır. Musayevin “ən yaxın adamı” sayılan xidmət rəisi Nazir Nəhmətov isə onun “vəziri” kimi davranır. Təhsilsiz, amma təsir gücü böyük olan bu şəxs işçiləri təhqir etməyi özünə “idarəçilik üslubu” seçib.

Cəlal Ələddinoğlu düşünür ki, əgər bir idarədə rəhbər tənqidi düşmənlik sayırsa, orada artıq dövlət idarəçiliyi yox, şəxsi hökmranlıq başlayır.

Musayevin fəaliyyəti bununla bitmir. İdarəyə aid keçidlərdə və ərazilərdə ticarət yerləri icarəyə verilir, elektrik enerjisi dövlət xəttindən satılır. Bəzi xadimələrin otaqları da icarəyə çıxarılıb. Keçidlərdəki mağazalar işıq pulunu dövlətin hesabına ödəyir, gəlir isə şəxsi cibə gedir. Əslində, bu “keçidlər” artıq vətəndaş üçün deyil, Musayevin biznes planı üçün inşa olunmuş kimidir.

İşçilərin sözlərinə görə, keçidlərdə təmizlik illərlə aparılmır. Xadimə çatmadığından, təmir işçiləri və çilingərlər süpürgə ilə zibil yığmağa məcbur edilirlər. İdarədə işlək eskalatorların detallarını söküb başqa yerlərə daşımaq isə adi təmir üsuluna çevrilib. Bu mənzərəni görən vətəndaş bəlkə də düşünür ki, dövlətin yox, şəxsi sexin qarşısından keçir.

Musayevin özü isə tənqidlərə cavab olaraq “mənə heç kim heç nə edə bilməz” deyir. Hətta bəzi iclaslarda AAYDA-nın mətbuat rəhbəri Anar Nəcəfliyə zəng edib danladığını fəxrlə danışır. Görünür, vəzifə ilə verilən səlahiyyəti şəxsi cəsarətlə səhv salıb.

Daha maraqlısı odur ki, Musayev arada “Kaş Bakının icra başçısı olardım, şəhəri gözəlləşdirərdim” deyirmiş. Görəsən, idarəsində illərlə toz içində qalan keçidlər bu “gözəllik” anlayışına daxildir, ya yox?

Cəlaləddin Oğlu düşünür ki, bu cür rəhbərlər Ramiz Mehdiyev dövründən qalan idarəçilik mirasının “canlı yadigarlarıdır”. Həmin dövrün toxunulmazlıq vərdişləri indi bəzi məmurların davranışlarında yaşayır – sanki dövlət onlara deyil, onlar dövlətə sahibdirlər.

Amma tarix göstərib ki, heç bir səltənət əbədi deyil. Dövlətin qanunu gec-tez hər küncə çatır. Bugün qorxudan susan işçilər sabah ədalət qarşısında danışacaq. Dövlət orqanları da bir gün bu sükutun arxasındakı səsləri eşidəcək.

AAYDA rəhbərliyi bu vəziyyətə göz yumsa, sabah başqa “Musayevlər” də yaranacaq. Dövlətin adı ilə qurulan idarələr şəxsi təsərrüfata çevriləcək. Halbuki, vəzifə xalqın etimadıdır, şəxsi biznes yox.

Cəlal Ələddinoğlu inanır ki, bir gün bu idarələrdə də şəxsi səltənətlərin yerini şəffaflıq, təkəbbürün yerini məsuliyyət alacaq. O zaman yollar yalnız asfaltla deyil, ədalətlə də düz olacaq.

/Cəlal Ələddinoğlu İnfoPlyus.Tv/
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
4 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025