Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-01-2015, 11:14)
Aydın Əliyev: “İdxal 1.5 milyard dollar azalıb”

“Ötən 2014-cü il ərzində ölkə ərazisinə idxal əməliyyatlarının həcmi 2013-cü il ilə müqayisədə 1 milyard 522,5 milyon ABŞ dolları həcmində azalaraq 9 milyard 184,8 milyon ABŞ dolları təşkil edib”

 

PİA.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Trend-ə müsahibəsində deyib. 
A. Əliyev bildirib ki, bu azalma əsasən aşağıdakı mal mövqeyləri üzrə müşahidə olunub.
-Nəqliyyat vasitələri üzrə;
-Oduncaq və ondan hazırlanan məmulatlar;
-Qara metallardan məmulatlar üzrə;
-Elektrik avadanlıqları üzrə;
-Dənli bitkilər üzrə;
-Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement üzrə;
-Digər mallar üzrə.
A. Əliyev deyib ki, təbii olaraq idxal əməliyyatları üzrə müşahidə olunmuş azalmalar gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirilməsində müəyyən çətinliklər yaradıb: “Lakin çətinliklərə baxmayaraq “2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün toplanılması proqnozlaşdırılan 1 milyard 510 milyon manat büdcə öhdəliyi 1 milyard 510,76 milyon manat olmaqla 100,05 faiz həcmində icra edilib”.
шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024