Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-05-2014, 13:01)
Maliyə naziri Milli Məclisə hesabat təqdim etdi

Milli Məclisin bugünkü iclasında maliyyə naziri Samir Şərifov “2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı cari ilin hesabatını təqdim edib. Maliyyə naziri çıxışı zamanı qeyd edib ki, 2013-cü ilin dövlət büdcəsi uğurla icra olunub.

 

“2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, dünya iqtisadiyyatı 3 faiz artıb. Azərbaycanın ixrac etdiyi “Azərilayt” xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. 2013-cü ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə, yəni 2,7 faiz olub ki, bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8 faiz real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. manatı – qeyri-neft sektorunda, 25,1 mlrd. manatı – neft sektorunda formalaşıb”.
Nazir vurğulayıb ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0 faizlik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1 faiz artaraq 56,6 faizədək yüksəlib. “Müvafiq olaraq ÜDM-in 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0 faiz çox olub”. 
S. Şərifov qeyd edib ki, 2013-cü il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3 faizi həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd. manat (müvafiq olaraq 5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8 faiz), informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat (müvafiq olaraq 1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7 faiz) həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər ÜDM-in 6,4 faizinə bərabər olub.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2012-ci illə müqayisədə 4,4 faiz artaraq 6207,3 manat və yaxud 7912,5 ABŞ dolları təşkil edib. 
Hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 mlrd. ABŞ dollarını ötüb ki, bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 mlrd. manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4039,6 manat olub. Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6 faiz artaraq istehlak qiymətləri indeksini (inflyasiyanı) 4,2 faiz üstələyib. Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlir 34,5 mlrd. manat təşkil edərək əvvəlki ilə nisbətən 8 faiz artıb. 2013-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. 2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1 faiz artaraq 17,9 mlrd. manat olub, onun 66,3 faizi və yaxud 11,9 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 
Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 43,8 faizini dövlət büdcəsinin vəsaitləri, 4,8 faizini bank kreditləri, 3,2 faizini büdcədənkənar dövlət fondlarının vəsaitləri, 2,6 faizini əhalinin şəxsi vəsaiti, 0,8 faizini təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 6,3 faiz çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 9,1 faiz çox), ixrac əməliyyatları isə 24 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 5,1 faiz çox) səviyyəsində olub.
“Azərbaycanda ÜDM 100 milyard təşkil edəcək”, – deyən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bir neçə ildən sonra adambaşına düşən gəlirin 3 min doları keçəcəyini bildirib: “Bir neçə ildən sonra bizdə adambaşın düşən gəlir 3 min dolları keçəcək. Dövlət büdcəsi isə 33-35 milyard dollar təşkil edəcək. Bu 10 milyonluq əhali üçün çox yüksək göstəricidir. Yaxın 2-3 ildən sonra Azərbaycanda ÜDM isə 100 milyard təşkil edəcək. Bu göstəricilər təqdirə layiq haldır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024