Sosial (24-01-2015, 21:00)
Bakıdan Rusiyaya ixrac niyə azalıb?
2014-cü ildə Azərbaycandan MDB ölkələrinə ixrac əməliyyatlarının həcmində kəskin azalma müşahidə olunub
"Mediatv.az" Axar.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, əməliyyatların həcmi illik 44,5% azalaraq 838,1 mln. dollar təşkil edib.
Hesabat dövründə MDB ölkələrindən Azərbaycana idxal həcmində də azalma müşahidə edilib. İdxalın həcmi 18,4% azalaraq 2,083 mlrd. dollar olub. Beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu illik 19,3% artaraq 1, 245 mlrd. dollar təşkil edib.
MDB ölkələrinə ixracın 640,3 mln. dolları və ya 76,4%-i, idxalın isə 63,1%-i və ya 1,315 mlrd. dolları Rusiya Federasiyası ilə ticarət əməliyyatlarını əhatə edib. Ötən il ərzində Rusiyaya ixracda illik 40,6%, idxalda isə 12,7% azalma müşahidə edilib.
Qeyd edək ki, 2014-cü ildə 150 ölkə ilə ticarət edən Azərbaycanın ticarət dövriyyəsi illik 10,58% azalaraq 31,016 mlrd. ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollar həcmində müsbət saldo yaranıb.
İxrac əməliyyatlarının bu qədər azalmasına səbəb isə ilk növbədə Rusiyada yaşanan böhran və sanksiyalarla bağlıdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025