İqtisadiyyat (16-12-2014, 14:10)
Azərbaycan 20 milyard dollara yaxın mal satıb
Qeyri-neft məhsullarının ixracı artıb
Azərbaycan yanvar-oktyabr aylarında 146 dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xarici ticarət dövriyyəsinin 19,2 milyard dollarını və ya 72,3 faizini Azərbaycandan ixrac olunmuş mallar, 7,4 milyard dollarını (27,7 faizini) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Ticarət əlaqələrinin 91,1 faizi və ya 24,2 milyard dolları MDB-dən kənar ölkələrlə, 8,9 faizi (2,4 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılıb.
Azərbaycandan göndərilmiş malların 96,3 faizi MDB-dən kənar dövlətlərə, 3,7 faizi isə MDB üzvü ölkələrinə ixrac olunub, Azərbaycana idxal olunmuş məhsulların çox hissəsi (77,5 faizi) MDB-dən kənar ölkələrdən daxil olub.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 11,8 milyard dollarlıq, o cümlədən MDB-dən kənar ölkələrlə 12,8 milyard dollar məbləğində müsbət, MDB üzvü dövlətləri ilə isə 941,1 milyon dollar məbləğində mənfi ticarət saldosu yaranıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 0,7 faiz artıb.
Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 34,2 milyard dollar (o cümlədən ixrac 26,8 milyard) dollar təşkil edib, 19,4 milyard dollar məbləğində müsbət saldo yaranıb.
Yanvar-oktyabr aylarında Azərbaycana 45,7 milyon dollarlıq humanitar və texniki yardım daxil olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024