Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-01-2015, 12:14)
Azərbaycan manatını qoruyan əsas faktor nədir?

Nazim Məmmədov: "Azərbaycanda klassik yox, monopol bazar iqtisadiyyatı hökm sürür"

 

 
"Manatın kursunun möhkəmlənməsinin və öz qiymətinin qoryub saxlamasının yeganə yolu odur ki, Milli Bank tələbatdan artıq ölkəyə daxil olan dolları alıb rezervlərdə saxlasın "
Bu sözləri iqtisadıçı alim, keçmiş millət vəkili Nazim Məmmədov PİA.AZ-a açıqlamasında bildirib.
Neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına və rus rubluna ciddi təsir etdiyi halda, Azərbaycan iqtisadiyyatı da neftdən asılı olmasına baxmayaraq, manatın öz dəyərini qoruyub saxlamasını dəyərləndirən ekspertin fikrincə bu daha çox ölkədə dollara olan təlabatın ödənilməsi ilə bağlıdır:
PİA.AZ əməkdaşı bu sualla iqtisadçı-ekspert Nazim Məmmədova müraciət edib. Ekspertin fikrincə, Azərbaycana daxil olan valyuta həcminin ölkədən çıxan valyuta həcmindən çox olması milli valyutanın möhkəmlənməsinə gətirib çıxarır:
"Milli valyutaların ucuzlaşmasının səbəbi tədiyyə balansından asılı olur. Əgər ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın bir praporsiyası varsa, yəni ölkədən daha çox vəsait çıxırsa o zaman milli valyuta ucuzlaşır. Azərbaycan iqtisadiyyatı hələki kifayət qədər şaxələnməyib. Ölkəyə daxil olan valyuta həcmi təqribən ölkədən çıxan valyuta həcmindən 2-3 dəfə çoxdur.  Belə olan halda manatın möhkəmlənməsi baş verməlidir. Ancaq son zamanlar dünya bazarında gedən proseslər uzun müddət davam edərsə, yəni neftin qiyməti uzun müddət indiki səviyyədə qalarsa, o zaman manatın qiymətinin aşağı düşməsi qaçınılmaz ola bilər. Çünki Azərbaycanın əsas iqtisadi tərəfdaşları olan və daha çox mal ixrac etdiyi Rusiya, Gücüstan və Türkiyədə dollar qiymətə mindikcə, bixim idxalçıların dollara olan təlabatı arta bilər. Bu isə ölkəyə daxil olan valyutanın həcminin azalması və təlabatın artma şəraitində isə dolların bahalaşmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, Azərbaycanın iqtisadi əməkdaşlıq  etdiyi ölkələrdə infilyasiya artarsa, mili valyuta ucuzlaşarsa manatın kursuna təsir etmək ehtimalı böyükdür."
Azərbaycanda azad fond birjaları fəaliyyət göstərsəydi, bu halda manatın dəyərini qoruyub saxlama ehtimalını dəyərləndirən iqtisadıçı ekspertin fikrincə Azərbaycan manatının öz dəyərini  qoruyub saxlaya bilməsinin əsas səbəblərindən biri də Azərbaycan şirkətlərinin dünya fond birjalarında səhmlərinin satılmamasıdır:
"Azərbaycanda səhm bazarı olmadığına görə, Azərbaycan şirkətlərinin səhm bazarında dövriyyəsi yoxdur. Demək olar ki, dünya birjalarında heç bir Azərbaycan şirkətlərinin səhmləri satılmır. Əgər Rusiyadakı kimi Azərbaycan şirkətlərinin səhmləri birjada oynanılsaydı, o zaman xarici investorlar öz vəsaitlərini geri çəkmiş olacaqdılar. Bu isə manatın kursuna ciddi təsir edəcəkdi. Azərbaycanda iqtisadiyyata təsir edən əsas şirkətlər monopol şirkətlərdir və bu şirkətlərin qiymətli kağızları, səhmləri bazarda dövriyyədə yoxdur. Bu kimi faktorların olmaması nəticəsində Azərbaycanda klassik yox, monopol bazar iqtisadiyyatı hökm sürür. Manatın kursunun bu formada möhkəmlənməsi isə mümkün deyil. 
Manatın kursunun möhkəmlənməsinin və öz qiymətinin qoryub saxlamasının yeganə yolu odur ki, Milli Bank tələbatdan artıq ölkəyə daxil olan dolları alıb rezervlərdə saxlasın."
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024