Madridin “Quironsalud” özəl klinikasının həkimləri arteriyalarda qanın axınını bərpa etmək üçün sabiq kralın ürəyində aorta koronar şuntlama əməliyyatı aparıblar.
Hazırda 81 yaşlı Xuan Karlos intensiv terapiya palatasında yerləşdirilib. Xəstəni kral Felipe anası və sabiq kralın həyat yoldaşı Sofiya ilə birlikdə ziyarət edib.





















