Dünya (10-03-2014, 11:34)
Kral qızları 13 ildir məhbus həyatı yaşayır
Səudiyyə Ərəbistanı kralı Abdullahın dörd qızı 13 ildir sarayda əsir tutulur.
“Axar.az” xəbər verir ki, kralın qızları bu səbəblə BMT-dən kömək istəyib.
Kral Abdullah Bin Əbdüləziz əl Saudun (89) qızları atalarının Ciddedeki sarayında zorla saxlanılırlar. Şahzadə Sahar (42) və Şahzadə Jaşahir (38) e-poçt vasitəsilə İngiltərənin “Sunday Times” qəzetinə bu haqda məlumat veriblər.
Şahzadələrin dediklərinə görə, digər bacıları Maha (41) və Hala (39) da saray ərazisində olan başqa bir villada əsirdir. Şahzadələrin qaldıqları villalarının qapısında 24 saat boyunca təhlükəsizlik işçiləri qarovul çəkir. Çölə çıxmaları qadağan olduğu kimi, kiminləsə görüşmələri də qadağandır. Öz qardaşları olmayan şahzadələr kralın başqa qadından olan üç oğlunun nəzarətindədir.
Əsarət altında yaşayan qadınlar bundan öncə kübar həyat yaşayıblar. Ev həbsinə səbəb isə şahzadələrin 1990-cı ildə anaları olmadan İtaliya və Yunanıstana tətilə getmələri olub.
Səbəb təkcə bu deyil. Onlar avtomobil istifadə etməkdə də günahlandırılırlar. Bacılardan birinin evdə siyasi çıxışlar etməsi də ailəni narahat edir və bununla da narkotik asılılığı bəhanəsilə qızlar 1998-ci ildə Riyad qadınlar həbsxanasına atlır. Ev məhbuslıuğu isə bundan sonra başlayır
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024