“RİA Novosti”nin məlumatına əsasən, belə bir qənaətə “İsrailin demokratiya institutu” analitik mərkəzinin ekspertləri gəliblər.
Ekspertlərin hesablamalarına əsasən, Netanyahu 20 iyul da daxil olmaqla, kabinetə 4876 gün rəhbərlik edib.
“2019-cu il iyulun 20-si Binyamin Netanyahu bütün İsrail baş nazirləri arasında vəzifə başında olmağının sayı üzrə rekord vurub. Beləliklə də, o, 4875 gün və ya 13 il yarım Baş nazir postunda olan David Ben-Hurionu üstələmiş olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Netanyahu İsrail hökumətinə arasıkəsilmədən 2009-cu ilin martın 31-dən rəhbərlik edir. O, Baş nazir postunda ilk dəfə isə 1996-1999-cu illər arasında olub.























