Dünya (18-06-2019, 18:12)
Aviaşirkətlər Sudana uçuşları müvəqqəti dayandırırlar
Aviaşirkətlər ölkədə qeyri-sabit siyasi mühitlə bağlı Sudana reysləri müvəqqəti dayandırırlar. Mediatv.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Dubaydan Xartuma olan reyslərin dayandırılması haqqında BƏƏ-nin ən iri aviaşirkəti olan “Emirates” bildirib. Eyni zamanda “Flydubai” şirkəti də Xartum və Port-Sudana olan bütün reyslərini təxirə salıb.
Xatırladaq ki, Sudanın paytaxtı Xartumda iyunun 3-də hərbiçilər müxalifətin çadır düşərgəsini dağıtmağa başlamışdılar. Bundan sonra Sudanın müxalifətçi həkimlər komitəsi bildirmişdi ki, hərbiçilərin əməliyyatı nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
İyunun 6-da isə Birləşmiş Millətlər Təşkilatı öz əməkdaşlarını ölkədə yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq Sudandan çıxarmaq qərarına gəlib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
























