Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-05-2019, 09:57)
Tramp İranla danışıqlara hazırdır

 ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlarla danışıqlara başlamaq istəyini bildirəcəyi təqdirdə, bu təklifi müsbət qarşılayacağını bəyan edib.

CGTN agentliyinin məlumatına görə, belə bir bəyanatı Tramp Yaponiya Baş naziri Sindzo Abe ilə keçirdiyi görüşdən sonra bildirib.

“Heç kim qorxulu şeylərin baş verməsini istəmir”, - deyən Ağ Ev rəhbəri Tehranın da gərginliyi danışıqlar yolu ilə aradan qaldırmaq istədiyini dilə gətirib.

Qeyd edək ki, son bir ay ərzində ABŞ-la İran arasında münasibətlər xeyli gərginləşib. ABŞ hökuməti İranın aparıcı iqtisadi sahələrinə qarşı sanksiyalar tətbiq edib və sanksiya təzyiqlərini davam etdirir.

ABŞ həm də bu yaxınlarda İranın İnqilab Keşikçilər Korpusunu terrorçu qruplaşmaların siyahısına əlavə edib. Tehran buna “güzgü” ölçülərlə cavab verərək, ABŞ silahlı qüvvələri mərkəzi komandanlığını terrorçu qruplaşma, ABŞ-ı isə terrora sponsorluq edən dövlət elan edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025