Dünya (30-04-2019, 17:00)
Zelenski Türkiyədə nə qədər pul xərcləyib?
Ukraynada prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenskinin ailəsi ilə Türkiyənin Bodrum şəhərində beş ulduzlu oteldə keçirdiyi üçgünlük tətil siyasətçiyə 30-33 min dollara başa gəlib.Bu haqda “RİA Novosti” otel əməkdaşı ilə aparılan söhbət əsasında məlumat yayıb.
Agentliyin müsahibinin sözlərinə görə, oteldə prezident villasının mövsümlərarası qiyməti günə 10 min dollar təşkil edir, yayda isə bu qiymət üç dəfə bahalaşır.
Otel rəhbərliyi lüks nömrələrlə bağlı xərclərin məxfi saxlanıldığını əsas götürərək, konkret qiyməti açıqlamaqdan imtina edib.
Qeyd edək ki, aprelin 26-da Zelenski öz “Facebook” səhifəsində gərgin keçən son dörd ay ərzində ilk dəfə istirahətə çıxdığını və Türkiyədə dincələcəyini elan etmişdi.
Yerli KİV-in məlumatına görə, Zelenski ailəsi ilə istirahət etdiyi vaxt onları Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın ayırdığı cangüdənlər mühafizə edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
























