Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-03-2019, 18:20)
Rusiya XİN: Türkiyəyə təzyiq etməklə ABŞ silah bazarındakı zəifliyini göstərdi

Moskva  ABŞ və Türkiyə arasında S-400 sistemlərinin tədarükü ilə bağlı yaranmış gərginliyə münasibət bildirib.
“Vaşinqtonun Türkiyənin S-400 sistemlərini almasına mane olmaq cəhdləri ABŞ-ın silah bazarındakı mövqeyinin zəifliyinin təzahürüdür”.
RİA Novosti-nin məlumatına görə, bu fikirləri  Rusiyanın Xarici İşlər Nazirliyinin Nüvə Silahının Yayılmaması və Silahlara Nəzarət İdarəsinin direktoru Vladimir Yermakov səsləndirib.
Onun sözlərinə görə, “Triumf” hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə reallaşmaq üzrədir:
“Hesab edirik ki, rus silahları cari ilin sonunadək Türkiyəyə təqdim olunacaq. Biz Vaşinqtonun bununla əlaqədar Ankaraya təzyiq göstərməsindən xəbərdarıq. Bunu ABŞ-ın silah bazarındakı rəqibinin mövqeyini siyasi yolla zəiflətmək istəyi kimi qiymətləndiririk. Bu onu göstərir ki, ABŞ qlobal silah bazarına bizim silahlarımızdan daha keyfiyyətli və müvafiq qiymətə silah çıxara bilmir.Vaşinqtonun əlində qeyri-sağlam təzyiq alətləri qalıb, lakin suveren dövlətlər belə təzyiqlərə boyun əymirlər”.
Vladimir Yermakov  Rusiyanın Türkiyənin bu təzyiqlərə qarşı iradəsini yüksək qiymətləndirdiyini qeyd edib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub. Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.
 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025