Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 14:02)
Türkiyə Azərbaycandan neft idxalını 3 dəfəyə yaxın azaldıb

 Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 119 min 493,6 ton xam neft ixrac edib.

Mediatv.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 59 milyon 28,4 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun həcmi 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 2,9 dəfə, dəyəri isə 3,3 dəfə azalıb.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,7 % olub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,6 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,5 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025