Cəmiyyət / Slayd (2-08-2022, 09:26)
AMEA-da nadir kitabları, tarixi sənədləri xaricə daşıyıblar
Kitaba marağın, diqqətin, istəyin azaldığını, oxu mədəniyyətinin yavaş-yavaş sıfırlanmağa doğru getdiyini bilirdik, amma tariximizə, irsimizə bu qədər səhlənkarlıq, məsuliyyətsizlik, hətta saymazlıq olacağını yəqin əksəriyyət təxmin etmirdi. Bu günlərdə illər əvvəl baş vermiş müdhiş hadisələr gün üzünə çıxdı. Məlum oldu ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qəddarcasına talan edilib. Millət vəkili Etibar Əliyev MEK-nın fondu barədə məlumatları paylaşıb. Yenixeber.org-da yer alan məlumatda millət vəkili bildirir ki, 2004-cü ildə 4 milyona yaxın kitab fondu olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları 2020-ci ilin mart ayına nə üçünsə 1.383.610 ədədədək azalıb. Göstərilən illərdə nəinki elektron kataloq, heç ənənəvi kataloqa da heç bir ədəbiyyat-informasiya qeydiyyatı aparılmayıb.
2014-cü il MEK-in baş kitabında (Depozitlər fondu) 135230 nüsxə ədəbiyyat göstərilsə də MEK-də hazırda 2019-cu ilin hesabatında 1743 nüsxə ədəbiyyat göstərilib. Aradakı fərq 133.487 nüsxə təşkil edir. 2014-cü il sənədində (Baş kitab) 822.819 nüsxə dövrü mətbuat qeyd edilsə də 2019-cu ilin hesabatında dövrü mətbuat 347.810 nüsxə göstərilir. Aradakı fərq isə 475.009-dur. 2014-cü ilin MEK-da fondunun həcmi 2.222.824 qeyd olunsa da, 2019-cu il hesabatında 1.383.610 nüsxə ədəbiyyat qeyd olunur. Aradakı fərq 839.214 nüsxə təşkil edir ki, o da yerində aşkarlanmayıb.
Millət vəkilinin sözlərinə görə, akademiyanın kitabxanasından 2014-2016-cı illər ərzində onlarla savadlı mütəxəssis birdən-birə işdən uzaqlaşdırılıb:
“Əldə olunan məlumatlara görə, bu illərdə direktorun göstərişi ilə ümumi fonddan 111.263 nüsxə ədəbiyyat hədiyyə edilib, 70 ton kitab və jurnal təkrar emala göndərilib və 70 minə yaxın ədəbiyyat MEK-in yeni binasına daşınmayıb, oxucuların adında olan 5940 nüsxə ədəbiyyat silinib, hazırda 1000-dən artıq kitabın aktı hazır və silinməmiş qalır. 2020-ci il sentyabrın 14-dən oktyabrın 31-nə kimi yoxlama zamanı “C” formatında (həcmi böyük, qədim və nadir nəşrlər) 9.957 nüsxə olmalı fonddan, 824 nüsxə ədəbiyyat yerində aşkarlanmayıb. 598 nüsxə isə inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyildir. “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmazlığı aşkar olunub. 2014-2019-cu illər dövri mətbuat işlənilməyib. Bu illərin informasiya boşluğunun Akademiyada tədqiqat aparan alimlərin elmi yaradıcılığına vurduğu ziyan sual altındadır. 2017-ci ilin hesabatına görə, Nadir nəşrlər fondunda 15.037 nüsxə kitab göstərilsə də, 10.015 nüsxə ədəbiyyat mövcuddur. 1403 nüsxə nadir kitab müxtəlif səbəblərdən, 61 isə səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə “oxucudadır” adı ilə aktlaşdırılıb. Halbuki, Nadir fonddan oxucuya kitab verilməsi qadağandır. Bu gün elm məbədi saydığımız AMEA kimi bir qurumun kitabxanasının elektron informasiya bazası bu vəziyyətə salınıbsa, hansı uğurlu onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilərdi? 2014-cü ildə, dəyəri 238.449 manat olan 42 adda avadanlıq MEK-dən çıxarılıb və MEK-in arxivi isə dağıdılıb. 2014-2016-cı illər ərzində onlarla peşəkar savadlı, bacarıqlı kadrların işdən çıxarıldığı diqqəti cəlb edir ki, qısa zaman ərzində qəfildən bu qədər mütəxəssisin birdən-birə uzaqlaşdırılmasının səbəbləri məlum deyil”.
Araşdırmaçı-jurnalist Araz Qurbanov da feysbuk səhifəsində “AMEA-DAN «HƏYƏCAN» SİQNALI” başlığı ilə status paylaşıb: 1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasının fondundan nadir kitabların oğurlanması və ölkədən çıxarılması cəhdinin qarşısı alınıb.
Müəyyən edilib ki, Ukrayna vətəndaşı, etnik Krım tatarı olan «alim» Bakıya gələrək akademiyanın kitabxanasında «elmi araşdırmalar» aparmağa başlayıb. Kitabxana işçilərinin etibarını qazandıqdan sonra onların məsuliyyətsizliyindən yararlanaraq burada saxlanılan XVIII-XIX əsrlərə aid xeyli sayda unikal (bəzilərinin yalnız Bakı nüsxəsi qalıb) kitabın fondan çıxarılmasına nail olub. Oğru ifşa edilərək yaşadığı mənzildən həmin nadir kitablar götürülüb. «Alim» bu cinayəti Ukraynadakı erməni iş adamının sifarişi ilə pul müqabilində törətdiyini etiraf etmişdir. Qeyd edim ki, həmin kitablar Şimali və Cənubi Qafqazda, Rusiyanın Cənubunda, Ukraynada yaşayan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin qədim tarixinə, etnogenezinə, etnoqrafiyasına aid idi. Məsələn, karalar (karaylar, karaimlər) haqqında olan kitabda (XIX əsr) bir fikir indiki kimi yadımdadır: «Karaimlərin dili, folkloru, adətləri ən çox Azərbaycan tatarlarının (türklərinin) dili və mədəniyyətinə yaxındır».
A.Qurbanov bu hadisəni xatırlamağının əbəs deyil, bir əsasa söykəndiyini vurğulayıb:
- Dünən də, bu gün də erməni yalanlarının ifşası, Azərbaycan tarixinin obyektiv öyrənilməsi üçün tutarlı faktları, sənədləri, kitabları az qala gündüz çıraqla axtarırıq. Tədqiqatçılar yaxşı bilir: kitabxanalarda, arxivlərdə bir çox əsərin, sənədin adları, inventar nömrəsi olduğu halda, özü artıq yoxdur. Bəzən isə həmin əsərin Bakı nüsxələrinin səsi başqa ölkələrdən çıxır. Görünür, hələ də irsimizə lazım olan qədər sahib çıxa bilmirik… Bu gün AMEA-nın gələcək taleyi ilə bağlı bir çox fikirlər, ehtimallar dolaşmaqdadır. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqqında fikir yürütməkdən uzağam. Çünki əlimdə tutarlı fakt yoxdur. Amma bu günlərdə müəyyən etdiyim bir arzuolunmaz proses məni çox narahat etdi. Bəri başdan deyim ki, yazdıqlarım hər hansı bir «kampaniyanın» tərkib hissəsi də deyildir. Belə ki, akademiyanın ləğv olunmasını ehtimal edən bəzi üzdəniraq alimlər sanki dövlətə ziyan vurmaq üçün nadir və qədim sənəd və kitabları, görkəmli elm xadimlərinə aid əlyazmaları, fotoşəkilləri, eksponatları gizli şəkildə AMEA-dan çıxarmağa, mənimsəməyə, mənzillərə daşımağa başlayıblar. Mən əminəm ki, AMEA-nın rəhbərliyi və əlaqədar dövlət strukturları bu vandalizmin qarşısını almaq üçün ciddi tədbirlər görəcəklər.
“Qanun” Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında yayılan məlumatlardan çox məyus olduğunu deyib:
- Azərbaycannın mənəvi sərvətinin bu şəkildə dağıdılması böyük cinayətdir. Hər hansı tarixi sənədin, bir nüsxənin, əlyazısının, hətta bir şəklin belə aparılması, kiməsə satılması və ya hədiyyə edilməsi cinayət tərkibli əməldir və bununla prokurorluq orqanları məşğul olmalıdır. Bunu etmiş şəxslər həbs edilməli, cəzalanmalıdır, ictimaiyyətə bu barədə məlumat verilməlidir. İctimaiyyət bu cür alçaq cinayətlərin cəzasız qalmadığını görməlidirlər. Bu qədər kitabın məhvi dövləti cinayətdir, xalqa, onun mənəvi irsinə yönəlmiş cinayətdir. AMEA-da struktur dəyişikliyi baş verirsə, bu o demək deyil ki, varislik də aradan qalxır. AMEA-nın əmlakı, kitabxanası saxlanılır və başqa təşkilata həvalə edilir. Amma baş vermiş oğurluq, satqınlıq faktı prokurorluq tərəfindən araşdırılmalı və kimsə cəzadan kənarda qalmamalıdır. Çünki bu sərvət xalqa məxsusdur və o, gələcək nəsillər üçün mütləq qorunmalıdır, yəni, qorunmalı idi. Qorumayıblar, satıb dağıdıblarsa, cavab verməlidirlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024