“Xidmətlər Zərfinin daxilində olan bəzi prosedurlara limit nəzərdə tutulur”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.
O bildirib ki, icbari tibbi sığorta sosial layihədir:
“Burada hər hansı limit və yaxud da sığorta məbləği nəzərdə tutulmayıb. Amma daxildə elə prosedurlar var ki, onlara limit nəzərdə tutulur. Məsələn, fizioterapiyanı ambulator şəraitdə göstərilən tibbi xidmətlər sırasındadır. Sığorta olunan fizioterapiya xidməti tətbiq ediləcəksə, Xidmətlər Zərfində bu prosedurlara 10 prosedur sayında limit nəzərdə tutulur. Hər vətəndaş üçün il ərzində bu limitlər nəzərdə tutulub”.
Səbinə Quliyeva qeyd edib ki, ölkə üzrə Xidmətlər Zərfində bir sıra həyati dəyəri yüksək əməliyyatlar üçün də limit nəzərdə tutulub. Bunlardan biri koxlear implantasiya əməliyyatlarıdır:
“Bunun üçün birinci il üçün ölkə üzrə 300 sayda limit nəzərdə tutulub. Endoprotezlərin yerləşdirilməsi üçün də 300 sayda limit nəzərdə tutulub. Digər xidmətlərə limit nəzərdə tutulmur”.
Bu ilin aprel ayından ölkə ərazisində icbari tibbi sığortanın təbiqinə başlanılıb. Bununla da Azərbaycanın bütün rayonlarında və paytaxt Bakıda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.
Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə cəmi 2 550 sayda müxtəlif tibbi xidmət daxildir.
Sosial layihənin 8 aydır tətbiqinə baxmayaraq, insanlar bundan yararlanmaq istədikdə bir sıra problemlərlə qarşılaşıblar. Prosesin həyata keçirilməsində, tibb müəssisələrində qeydiyyat və digər məsələlərdə ciddi problemlər görülməkdədir. Layihə ölkə üzrə tətbiq edilmədən öncə pilot layihə kimi Mingəçevir və Bərdədə həyata keçirilib.
Qeyd edək ki, icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.
Prosesdə çətinliklərin olduğunu nəzərə alsaq, indiki halda limitlərin tətbiqi nə işə yarayacaq?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-terapevt Rasif Bağırov limitlərin tətbiqinin düzgün olmadığını deyib:
“Tibbi sığortayla bağlı hansı limit ola bilər? Xəstə əgər həkimə müraciət edirsə, həkim də nədən şübhələnirsə, həmin yoxlamalar aparılmalıdır, diaqnoz qoyulması üçün dəqiqləşməlidir.
Tibbi sığortanın da, xalqın da mənafeyi var. Onlar bu xidmətdən xalqın az istifadə etməsini istəyirlər, xalq da bu xidmətdən daha çox yararlanmaq istəyir. Bunların arasında dünyanın hər yerində müəyyən narahatlıq var. Amma hansısa prosesə limit qoymaq mümkün deyil.
Dünya ölkələrində proses belədir, onların spesifik həkimi gəlir, yoxlayır və dəqiqləşdirir ki, doğrudan da bu adamın müəyyən yoxlanışlara ehtiyacı var. Xəstənin buna ehtiyacı olduğu halda müəyyən prosedurlara limit qoymaq düzgün deyil.
Məsələn, qaraciyərin testi ilə bağlı 5-6 analiz lazımdır. Hansı ki, düzgün diaqnozu qoymaqda hər birinin böyük əhəmiyyəti var. Orqan haqqında tam məlumat əldə etmək üçün bu proseslərin hamısı əhəmiyyətlidir. Ona görə də limitlərin qoyulmasını düzgün hesab eləmirəm”.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024