Azərbaycanda sabiq idarə rəisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinin sabiq rəisi, polkovnik Rövşən Babayev həbs edilib.

Qeyd edək ki, Rövşən Babayev daha öncə SHXÇDX-nin Gədəbəy rayon idarəsinin rəisi vəzifəsində çalışıb.

Baş prokurorluğun mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, qısa müddət ərzində hadisə barədə ətraflı məlumat veriləcək.