Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (27-02-2021, 10:25)
Deputatın şirkəti NARAZILIQ YARADIR... - ETİRAZ

Deputatın şirkəti NARAZILIQ YARADIR...
Tanınmış teleaparıcı və jurnalist Ramal Dövran “KONTAKT HOME” mağazalar şəbəkəsinin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir.

Bu barədə "Mediatv.az"-a Ramal Dövran özü məlumat verib. Onun sözlərinə görə, adıçəkilən mağaza tərəfindən hüquqları elə pozulub ki, nə məhkəmə, nə də hüquq- mühafizə orqanları vasitəsilə bərpa edə bilir: “Mən başqa bir şəxs üçün öz adıma həmin mağazalar şəbəkəsindən mobil telefon götürmüşəm. Bu telefon “KONTAKT HOME” mağazalar şəbəkəsinin mülkiyyətində deyil və ona heç bir aidiyyəti yoxdur. Telefonu alan zaman mağazalar şəbəkəsinin operatoru ilə danışdım və ondan “məhsulun krediti ödənilməsə, telefonu şəbəkədən bağlatdıra biləcəksiniz” – deyə sual verdim. Mağazanın əməkdaşı isə mənə bunun mümkün olacağını bildirdi. Öz adıma telefon aldığım şəxs bir-iki ay kredit ödənişini etsə də, sonradan problem yarandı. Mən bununla bağlı “KONTAKT HOME” mağazalar şəbəkəsi ilə əlaqə saxladım və telefonun bağlanmasını (rəsmi qaydada) istədim. Bildirdim ki, telefon bağlandıqdan sonra polisə müraciət edib məhsulu geri alaq, bundan sonra ödənişi edim. Normal qaydalara görə, məhsulun krediti tam bağlanmadan alınan mağazanın adında qalır. Lakin “KONTAKT HOME” bunu etməkdən boyun qaçırdı və səbəb kimi həmin telefonun başqasının adına qeydiyyatdan keçdiyini göstərdi”.

Şikayətçinin sözlərinə görə, məhsul aldığı mağazadan ona heç bir kömək edə bilməyəcəklərini deyiblər: “Belə olan təqdirdə onlardan “Sizin olmayan telefon üçün niyə pul istəyirsiniz?”, – deyə soruşdum. Polisə müraciət etdikdə isə mənə telefonun adımda olmadığını, bu səbəbdən də heç bir hüquqi addım ata bilməyəcəyimi dedilər və məsələnin yalnız “KONTAKT HOME” ilə həll olunmasının mümkünlüyünü vurğuladılar. Belə olan halda mən öz hüququmu nə məhkəmədə, nə də polisdə bərpa edə bildim”.

Ramal Dövran deyir ki, əvəzində “KONTAKT HOME” onu məhkəməyə verib. Şikayətçinin iddiasına görə, “KONTAKT HOME”un hər bir məhkəmədə sifarişini yerinə yetirən hakimlər var. Çünki adıçəkilən mağazalar şəbəkəsi daxili kreditlə işləyir. Bu isə rəsmi dövlət sənədi hesab olunmur. Belə olan halda isə məhkəmə və polis heç bir hüquqi addım atmır: “Araşdırma apardım və telefonun imei kodunun “ıPhone Neftçilər” mağazasına aid olduğunu öyrəndim. Həmin mağazada mənə bildirdilər ki, telefonu həqiqətən qeydiyyatdan keçiriblər və satıblar. Qeyd edim ki, Xətai rayon Məhkəməsində işə Mehrəliyev Sərdar adlı hakim baxıb. Mən hakimin qarşısında bütün əsaslarımı gətirdim və suallarım önündə aciz qaldılar. Amma hakim sifariş əsasında iş gördüyü üçün qarşı tərəfdən heç bir sənəd tələb etmədi. Yəni bu telefonun “KONTAKT HOME”a aid olduğunu təsdiqləyən heç bir sənəd istəmədi. Beləliklə, hakim iddiaçı tərəfin lehinə qərar çıxardı və mənim qalan pulu ödəməli olduğumu bildirdi”.

İndi Ramal Dövranın yeganə istəyi odur ki, adıçəkilən mağazalar şəbəkəsi onun hüquqlarını pozduğu üçün öz səhvini düzəltsin, yaxud da onu çətin vəziyyətdə qoymasın: “KONTAKT HOME” məni çətin durumda qoyduğu üçün üzr istəməli və heç bir borcumun olmadığı haqda sənəd təqdim etməlidir. Əgər bunu etmirsə, o zaman həmin telefonu geri qaytarsın ki, mən də borcu ödəyim”.

Ümid edirik ki, tanınmış jurnalistin şikayəti məsələyə cavabdeh şəxslərə, ən əsası isə “KONTAKT HOME” rəhbərliyinə çatacaq və Ramal Dövranın problemi tez bir zamanda həll olunacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024